Azərbaycanda bütün dini, tarixi, mədəniyyət abidələri bərpa edilir, mühafizə olunur və xalqımızın zəngin mədəni irsinin mühüm tərkib hissəsi kimi gələcək nəsillər üçün qorunub saxlanır.
Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ona bitişik 7 rayonun ərazisində isə 2600-dən çox tarix və mədəniyyət abidəsi var ki, onların da əksəriyyəti dağıdılıb, mənimsənilib, təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq məhvə məruz qalıb.
Yenisabah.az-la bu barədə fikirlərini bölüşən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bildirib ki, Azərbaycanın mədəni və irsi abidələrə münasibəti xalqın nə qədər sivil olduğunun göstəricisidir: pizza hut
“Azərbaycanın mədəni, irsi abidələri qoruması, onlara zərər verməməsi ilk növbədə bizim xalqın nə qədər sivil olduğunu göstərən amildir. Bəşəri dəyərlərə hörmət edən xalqlar bütün dinlərə, etnik qruplara məxsus abidələri qoruyur və sayğı duyurlar. Çünki mədəniyyət geniş və bəşəri anlayışdır. Kimliyindən asılı olmayaq yaradılan mədəniyyət abidələri bəşəri mədəniyyət hesab olunur, o sivilizasiyanı formalaşdırır. Bizim dövlətin mədəni abidələrə yanaşması məhz bu konteksdən dəyərləndirilir”.
E.Mirzəbəyli vurğulayıb ki, ölkəmizin bu münasibəti beynəlxalq arenada bizi Ermənistandan fərqləndirən əsas cəhətlərdən biridir:
Azərbaycan həm UNESCO, İSESCO daxilində bu istiqamətdə fəal iştirak edir. Ölkəmizdə bütün dinlərə məxsus abidələr qorunur, o cümlədən erməni kilsəsi qorunur, alban kilsəsi bərpa edilir və s. Bu bəşəri dəyərləri sahiblənən sivil bir xalqın düşüncə tərzidir.
Ermənistanın yanaşmasını isə işğal edilmiş torpaqlarda törətdikləri vandalizm aktlarından bəllidir. Onlar bütün abidələrimizi dağıdırlar, məscidlərimizə münasibətləri yayılan görüntülərdə aşkar görünür. Bu da bizi Ermənistandan beynəlxalq miqyasda fərqləndirən əsas cəhətlərdən biridir”.
Telegram kanalımız