Ermənilər Tərtərdə Milli Qəhrəmanın büstünü top atəşinə tutdu

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Tərtərdə Milli Qəhrəmanın büstünü top atəşinə tutdu

Rəsmi

03 Oktyabr 2020 16:08 1261


Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini növbəti dəfə artilleriya atəşinə tutur. 

Yenisabah.az bildirir ki, bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir. 

Düşmənin atdığı top mərmilərindən bir neçəsi mülki evlər və inzibati binalarla yanaşı, Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun Tərtər şəhərində yerləşən Veteranlar bağındakı büstünün üzərinə düşüb. Nəticədə büstə ziyan dəyib.  Dominos pizza

Bundan başqa, Veteranlar bağının yaxınlığında yerləşən yaşayış binasına, mülki obyektlərə də zərər dəyib. 

"Report"un əməkdaşı ilə söhbət edən V.Orucovun keçmiş döyüş yoldaşları onun qəhrəmanlıqlarından danışıb.

Hazırda döyüşlər davam edir. 

Qeyd edək ki, Azərbaycan Milli Qəhrəmanı V.Orucov 1956-cı ildə Tərtərin Xoruzlu kəndində anadan olub. O, orta təhsilini Xoruzlu kənd orta məktəbində alıb, 1974-cü ildə Bakı Yüngül Sənaye Texnikumuna daxil olub. 1975-ci ildə hərbi xidmətə çağrılıb, 1977-ci ildə ordudan tərxis olunaraq, yarımçıq qalmış orta ixtisas təhsilini davam etdirib. 1984-cü ildə V.Orucov Rusiyanın Arxangelsk vilayətinin Belkovo şəhərinə köçüb. 

1992-ci ildə Xocalı soyqırımını eşidib, Azərbaycana qayıdaraq may ayının 4-də Tərtər özünümüdafiə batalyonuna daxil olub. O, gəldiyi gün Tərtər şəhərinə getmək adı ilə evdən çıxıb, Şıxarx istiqamətində qarşısına çıxan bir nəfər yaralı polis əməkdaşının silahını götürüb, heç kimə heç nə demədən Ağdərə uğrunda gedən döyüşə qatılıb. 

Həsənqaya, Köyarx, Madagiz, Akop Komari, Sərsəng su anbarı, Çıldıran, Vaqauz kəndləri uğrunda gedən döyüşlərdə Vəzir Orucov şücaət göstərərək, düşmənin bir çox planını puç edib. 

1993-cü il martın 22-də Ağdərənin Qlobus yüksəkliyi uğrunda gedən ağır döyüşdə qəhrəmancasına həlak olub, Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. 

Azərbaycan Prezidentinin 27 mart 1993-cü il tarixli Fərmanı ilə V.Orucov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. 

2015-ci ildə Tərtər şəhərindəki Veteranlar bağında V.Orucovun büstü ucaldılıb. Həmin il 3 iyulda isə Tərtər şəhərində onun adına küçə verilib. 

Ailəli idi, Camal adlı oğlu var. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!