Erməni separatçıları növbəti təxribata hazırlaşırlar. İyun ayında Dağlıq Qarabağda tanınmayan “respublikaların” futbol çempionatı keçiriləcək.
“Yeni Sabah” xəbər verir ki, iştikraçılar arasında bu “respublikalar”ın komandaları var: Abxaziya, Cənubi Osetiya, Padaniya, Sardiniya, Laplandiya, Luqansk və Donetsk.
Ermənilərin bu niyyətini şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, sadalanan “respublikalardan” 4-ü Rusiyanın nəzarəti altındadır. “Demək, elə bu “çempionatın” Azərbaycanın işğal altındakı torpaqlarında keçirilməsinə Rusiyanın bəlli mərkəzləri xeyir-dua verib. “Çempionatı” keçirən ConIFA (Confederation of Independent Football Associations) təşkilatına (FİFA-ya daxil olmayan və separatçı bölgələri ehtiva edən təşkilatın mənzil qərargahı İsveçdə yerləşir) etiraz notası göndərməliyik ki, müxtəlif bölgələrin futboçuları həyatlarını risqə qoyurlar, çünki bölgədə vəziyyət gərgindir və onların təhlükəsizliyinə təminat yoxdur”. pizza mizza
Telegram kanalımız