Ermənilər Xankəndidə 15 mülki şəxsi öldürəcəkmiş... 

Ermənilər Xankəndidə 15 mülki şəxsi öldürəcəkmiş... 

Yazar Veb saytların hazırlanması

13 Noyabr 2020 12:45 4014


Heç kimin ağlına gəlməzdi ki, SSRİ-nin Hind Okeanı vadisini əhatə edən ölkələrdən gözlənilə biləcək hər hansı təhlükəni önləmək üçün Qəbələdə qurulan radiolokasiya stansiyası fəaliyyətini dayandırar. Azərbaycan həmin stansiyanı qan-qadasız, səs-küysüz ərazimizdən çıxardı. 

Stansiyanın fəaliyyətinin dayandırılması danışıqlarla, diplomatiyanın incə qaydaları ilə elə səhmana salındı ki, bir də Rusiya əsgər və zabitlərinin köçməsini və stansiyadakı avadanlıqların sökülüb  aparılmasını gördük. Məhz onda anlaşlıldı ki, Azərbaycan yüksək diplomatiya dövrünə daxil olub. Halbuki həmin stansiyanın fəaliyyətinə dair dünyanın super derjavaları sənəd qəbul edəcəkdilər. Sonrakı dövrlərdə stansiyadan ABŞ və Rusiyanın birgə istifadəsi nəzərdə tutulmuşdu ki, bu da Azərbaycanın müstəqilliyinə xələl gətirirdi. Azərbaycan prezidenti məsələni diplomatiyanın incə üsulu ilə həll etməyi bacardı. 

Amma buna qədər Azərbaycan rus qoşunlarının çıxarılması qədər ağrılı təcrübədən keçmişdi. Ölkəmiz ilk dəfə sovet qoşunlarını ərazisindən çıxaran ilk respublika sayılırdı. Bunun bədəlini ödəyən Azərbaycan sonrakı etaplarda belə məsələlərin yüksək diplomatik qaydalarla həll edilməsinin zəruruiliyini öyrəndi. İlkin müstəqillik addımlarını atan respublika get-gedə bu məsələlərin qarşılıqlı hörmət əsasında həll edildiyini mənimsədi, daha da təkmilləşdirdi.

Beləliklə, Azərbaycanın respublikadan iki dəfə rus qoşunları və strateji obyekti  çıxarmaq təcrübəsini nəzərə alsaq, 4-5 ildən sonra Dağlıq Qarabağın müəyyəın ərazisində yerləşdirilmiş sülhməramlı birləşmə barədə çətinlik müşahidə edilməyəcək. Bu, tamamilə mümkün olacaq. 

Sülhməramlıların yerləşdirilməsi Ermənistanın planlarına mane oldu. Məlum olmuşdu ki, qarşı tərəf bir sıra planlar hazırlayırmış. Həmin plana əsasən rejissorlar erməni əhalinin zorakılığa, bəzi hallarda varvarlığa məruz qalması barədə mübhəm plan hazırlayırmış. Plana bölgələrdəki xalq teatrlarının aktyorları cəlb ediləcəkmiş. Onlar Azərbaycan Silahlı Qüvvələrinin Xankəndidə erməni əhalisinin şəxsiyyətini alçaltmağa, bəzi hallarda qətlə yetirilməsinə dair süjetlər hazırlayacaqmış. İkinci məlumat ondan ibarət idi ki, Azərbaycan qoşunları Şuşanın alınmasından sonra Xankəndiyə daxil olarkən təxribat nəticəsində 15 mülki şəxs qəsdən öldürüləcəkmiş. Onların arasında uşaqlar da olacaqmış. Nəzərə alaq ki, Sumqayıt hadisələrində Qriqoryanın erməniləri öldürməsi, eləcə də 2-ci Qarabağ müharibəsində Ermənistanın içi heyət qarışıq öz tanklarını partlatması nümunəsini azərbaycanlılar görüblər. Bu planların həyata keçirilməsindən sonra Azərbaycan beynəlxalq təzyiqlə üzləşəcək, azərbaycanlıların dünyada qaniçən obrazı formalaşacaq, beynəlxalq qurumlar vasitəsilə ölkəmizə qarşı sanksiyalar tətbiq ediləcəkmiş. 

Əgər Azərbaycan bütün əraziləri hərbi yolla alıb sərhədləri möhkəmləndirsəydi, təhlükəli hadisələrin xronikası davam edəcəkmiş. Ermənistan yenə də öz ərazisindən Azərbaycanın strateji obyektlərini atəşə tutacaq, Rusiya tərəfi KTMT sazişinə əsasən Ermənistanın müdafiəsində duracaqmış. Nəzərə alaq ki, Rusiya əvvəldən Ermənistanı KTMT sazişi çərçivəsində müdafiə etsə də, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsində neytral mövqe tutdu. Bu baxımdan sülhməramlıların yerləşdirilməsi Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanmasına 5 il müddətində imkan verməyəcək. Bu müddət ərzində Azərbaycan tərəfi münaqişənin gələcək nəsilə ötürülməməsi üçün müvafiq tədbirlər həyata keçirəcək, bölgədə demoqrafik vəziyyət azərbaycanlıların xeyrinə dəyişəcək. Çnüki Ermənistan tərəfi Dağlıq Qarabağın onların olmasına əsas sübut kimi bölgədə daha çox ermənilərin yaşaması ilə izah etməyə çalışırdılar. Əlbəttə ki, detalların həlli hələ qabaqdadır. Bütün tədbirlər Azərbaycanın milli maraqlarının təminatına yönəldiləcək.   

Azər Qismət


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!