Ermənilər Xocalı və Goranboyda mövqelərimizi atəşə tutdu

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Xocalı və Goranboyda mövqelərimizi atəşə tutdu

Siyasət

09 Mart 2022 11:20 1283


"Martın 8-i günorta saatlarından başlayaraq martın 9-u səhər saatlarınadək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri ordumuzun Xocalı və Goranboy rayonlarında yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub".

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat yayıb.

Məlumatda qeyd olunur: Dördpendirli pizza

"Təxribatların qarşısını almaq məqsədilə bu istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Hazırda qeyd olunan istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Azərbaycan Ordusu heç bir halda mülki infrastrukturu hədəfə almır, yalnız qanunsuz erməni silahlı dəstələrinin mövqelərinə dəqiq zərbələr endirir".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    Bu cür hallar NƏ VAXTADƏK DAVAM EDƏCƏK AY MÜZƏFFƏR ORDU?
    4 years ago