“Ermənilər yanıb-yaxılır ki, niyə vaxtında Zəngəzur dəhlizinə icazə vermədik”

saytların hazırlanması

Evə çatdırılma

“Ermənilər yanıb-yaxılır ki, niyə vaxtında Zəngəzur dəhlizinə icazə vermədik”

Siyasət

04 Aprel 2022 13:59 1390


“Ermənilər sülh haqqında danışa-danışa geniş təbliğat aparırlar”.

Bu sözləri Yenisabah.az-a siyasi şərhçi Qabil Hüseynli deyib.

O, Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanın italiyalı vəzifədaşı Luici Di Mayo ilə görüşdə “Azərbaycanla sülh sazişi imzalamağa hazırıq” ifadəsini şərh edib: Dördpendirli pizza

“Onlar öz dövlətlərinin guya sülhə can atmasını, Azərbaycanın isə sülh prosesini ləngitməsini təbliğ etməyə çalışırlar. Amma Azərbaycan bütün dünyaya bəyan edib ki, Ermənistana 5 bənddən ibarət şərtlərini göndərib və bu məsələ ətrafında İrəvan Bakıyla məsləhətləşməlidir.

Mənə elə gəlir ki, erməni tərəfi sülh sazişi prosesinin uzadılmasında çox da maraqlı ola bilməz. Çünki onlar kommunikasiyaların açılmasında, o cümlədən Zəngəzur dəhlizi məsələsində ciddi məğlubiyyətə düçar olub. Ermənilər indi yanıb-yaxılırlar ki, niyə vaxtında Zəngəzur dəhlizindən, eləcə də Qazax-İcevan (Karvansaray) dəhlizindən istifadəyə icazə vermədik”.

Qabil Hüseynli əlavə edib:

“Aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurası sədri, habelə Azərbaycan və Ermənistan liderləri görüşücəklər. Əgər Paşinyan yenə də hər hansı bir siyasi manevrə əl atarsa, onda Azərbaycan dəfələrlə dediyi kimi, məsələnin başqa variantını seçmək məcburiyyətində qalacaq. Hər halda aprelin 6-ı çox şeyə aydınlıq gətiriləcək.

Haylar sülh barədə çox uydurma arqumentlər irəli sürürlər. Hətta Azərbaycanı qınayırlar ki, sülhə meylli deyilik, hərb variantına üstünlük veririk, Qarabağdakı silahlı dəstələri güc yolu ilə çıxarmaq istəyirik və s.

Qısası, yaranmış vəziyyətdən onlar öz təbliğatları üçün istifadə edirlər”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!