Ermənilər Yevlaxa niyə gəlmədi? – “Azərbaycan geri addım atmır”

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Yevlaxa niyə gəlmədi? – “Azərbaycan geri addım atmır”

Siyasət

12 Avqust 2023 13:10 1944


“İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın hökumət təmsilçiləri ilə Qarabağın erməni icmasının nümayəndələri arasında bir neçə görüş oldu. Xocalı qəsəbəsində görüş oldu və burada rus hərbi kontingentinin komandanlığı çıxış etdi. Eləcə də Sərsəng su anbarında və Laçın şəhərinin azad olunması ilə bağlı da növbəti təmaslar oldu”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Siyasi təhlilçi Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadənin ötəngünkü açıqlamasında münasibət bildirib. Toyuqlu pizza

Xatırladaq ki, ötən gün XİN-dən verilən məlumata görə, Qarabağın erməni icması ilə Yevlaxda görüşün keçirilməsi ilə bağlı bütün razılıqlar əldə olunmasına baxmayaraq, sona anda erməni tərəfi görüşdən imtina edib.

E. Şahinoğlu tarixə ekskurs edərək söyləyib ki, Azərbaycan tərəfi bundan sonra təklif etdi ki, növbəti görüş Bakıda keçirilsin, amma onlar gəlmək istəmədilər:

“Sonra bu təklif yenidən təkrarlandı və onlar bir daha imtina etdilər. Daha sonra Yevlax variantı irəli sürüldü, çünki Yevlax da Azərbaycanın bir şəhəridir və Xankəndiyə yaxın məsafədədir. Lakin ermənilər bununla da razılaşmaq istəmirlər. Ona görə razılaşmaq və Bakı ilə Yevlaxa gəlmək istəmirlər ki, bu halda Azərbaycanın şərtlərini və ərazi bütövlüyünü qəbul etməli olacaqlarını düşünürlər. Onlar belə bir görüntünün öz yanlış məntiqlərinə görə olmasını istəmirlər”.

Analitik xatırladıb ki, onlar sərhəddə ilişib qalan yüklərlə bağlı da eyni mövqedən çıxış edirlər:

“Biz alternativlər təklif edirik, məsələn, Ağdam-Xankəndi yolunu, lakin bunu da istəmirlər. Əksinə, onlar beynəlxalq aləm və erməni lobbisinin dəstəyi ilə çalışırlar ki, müxtəlif siyasətçilər Azərbaycana təzyiq etsin, Azərbaycan əleyhinə müəyyən açıqlamalar olsun. Çünki Azərbaycan geri addım atmır. Düşünürəm ki, biz bu məsələdə güzəştə gedə bilmərik, ona görə ki, burada söhbət Azərbaycanın ərazi bütövlüyündən gedir. Qısası, onlar şərtlərimizi qəbul etmək məcburiyyətində qalacaqlar”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!