Ermənilərdən Dığ kəndi ilə bağlı növbəti təxribat: İndi görün nə edirlər... - Foto

saytların hazırlanması

Evə çatdırılma

Ermənilərdən Dığ kəndi ilə bağlı növbəti təxribat: İndi görün nə edirlər... - Foto

Siyasət

19 Aprel 2023 18:36 5657


Dığ (Tex) kəndinin sakinlərinə silah verilməməsi ilə bağlı yayılan məlumatlar yalandır.

Yenisabah.az xəbər verir ki, bunu hakim Mülki Müqavilə Partiyasından olan deputat Armen Xaçatryan deyib.

Erməni deputat bildirib ki, müdafiənin təşkili ilə bağlı problem yarananda kəndin özünün strateji planı, döyüş şəraitində əhalinin davranış qaydaları olmalıdır. pizza sifarişi

Xaçatryan əminliklə bildirib ki, bu məsələdə Dığ kəndi Ermənistanda hər kəsdən daha hazırlıqlıdır.

“Kənddə silah anbarı var və hər bir silahın üzərində də onun kimə veriləcəyi yazılıb. Kəndlilərə silah verilməyib, amma lazım olanda onlar bilirlər ki, silahı hardan götürmək olar. Dığ bütün kəndlərə nümunə olmalıdır”, - erməni deputat bildirib.

/Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!