Son günlər Qarabağda antiterror əməliyyatlarının başlayacağı ilə bağlı məlumatlar intensivləşib. Bölgədə fəaliyyət göstərən rus sülhməramlılarının 10 noyabr sazişindən irəli gələn öhdəlikləri yerinə yetirməməsi, Ermənistan-Azərbaycan sərhədində silahlı insidentlərin sayının çoxalması bu ehtimalı daha da artırır. Hətta bəzi müşahidəçilər hərbi əməliyyatların çox da uzaq olmayan tarixdə - bu ilin sentyabrında başlayacağını istisna etmirlər.
Bəzi ekspertlər hesab edir ki, Rusiya ilə toqquşmadan yayınmaq üçün hərbi əməliyyatlar Qarabağda deyil Kəlbəcər və Göyçədə keçirilməlidir. Qarabağda Rusiya sülhməramlıları ola-ola antiterror əməliyyatı keçirmək mümkündürmü ?
Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyir ki, biz Ermənistana güvənib heç vaxt sakit dayanmamalıyıq: Toyuqlu pizza
“Yarım ilin yekununa həsr olunmuş müşavirədə cənab Prezident İlham Əliyev Qarabağ məsələsinin həll olunması fonunda ciddi mesajlar verib. 10 noyabr üçtərəfli sazişinin Ermənistan tərəfindən yerinə yetirilməsi lazım olan müddəalar və öhdəliklər vardır ki, bu öhdəliklərin bir çoxu yerinə yetirilməyib. Yerinə yetirilməyən öhdəliklər Azərbaycanın təhlükəsizliyinə, iqtisadiyyatın zəifləməsinə və digər maraqlarına ziddir.
Bəzi müəmmalı məqamlar var ki, hər birimizdə müəyyən suallar yaradır. Üçtərəfli sazişin əsas müddəalarından olan Qarabağda yaşayan ermənilərin təhlükəsizliyini təmin edən Rusiya sülhməramlıları niyə qanunsuz erməni silahlı birləşmələrinə qarşı hər hansı əməliyyat keçirmir? Məqsəd nədir?
Bəs delimitasiya və demarkasiya məsələləri gündəmə gəldikdən sonra Ermənistanın törətdiyi təxribatlarda məqsəd nədir?”.
Ekspert bildirib ki, Prezident İlham Əliyevin Qarabağ müharibəsi başlamazdan öncə beynəlxalq çərçivədə qazandığı siyasi uğurlar çox müdrik və təcrübəli bir siyasətçi olduğunun göstəricisidir. “Ermənilər özlərini beynəlxalq tədbirlərdə, Azərbaycan-Ermənistan münaqişəsnin yaxşılaşdırılması fonunda keçirilən danışıqlarda özlərini sülhsevər, sülhə hər zaman dəstək verən tərəf kimi göstərirlər. Lakin reallıq onların fəaliyyətinin delimitasiya və demarkasiya məsələlərin manipulyasiya etməkdən, təxribat törətməkdən başqa bir şey olmadığını göstərir.
Ermənistan heç bir zaman müstəqil dövlət olmayıb, müəyyən qrupların və dövlətlərin sifarişlərini yerinə yetirən əlaltı dövlət olub.
Biz Ermənistana güvənib heç bir zaman sakit dayanmamalıyıq. Biz 30 illik işğal dövründə Ermənistanla keçirilən danışıqlarda heç bir nəticə əldə etməmişiksə, indi də heç bir danışığın faydası yoxdur”.
Nəsimi Ələsgərli
Telegram kanalımız