Erməniləri ram etməyin yeganə yolu:   “Laçın dəhlizi bağlansın!”

saytların hazırlanması

Evə çatdırılma

Erməniləri ram etməyin yeganə yolu: “Laçın dəhlizi bağlansın!”

Siyasət

30 Noyabr 2022 13:54 1560


“10 noyabr bəyanatına əasasən, Laçın dəhlizinin yerləşdiyi Laçın şəhəri, Zabux və Sus kəndlərini Azərbaycanın nəzarətinə verilməklə, alternativ yol çəkməliydi. Bu, 3 il ərzində Azərbaycanın üzərinə qoyulmuş öhdəlik idi. Azərbaycan yolunun inşasını 2 ildən də tez bir müddətdə həyata keçirdi. Avqustun 3-də baş verən təxribat da ona görə baş verdi ki, ermənilər o dəhlizi Azərbaycanın nəzarətinə qaytarmaq istəmirdilər. Təbii ki, Rusiya sülhməramlılarından qalxan kimi istifadə etməyə çalışırdılar. Lakin avqust 26-da Laçın və ətraf ərazilər Azərbaycanın nəzarətinə nəhayət keçdi”.

 Bu sözləri Yenisabah.az- açıqlamasında Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov deyib.

O, Laçın dəhlizinin bağlanmasını öz dəlilləri ilə zəruri bilməyən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun iddialarına münasibət bildirib: Toyuqlu pizza

“Həmin dövrdən başlayaraq Laçın dəhlizinə alternativ yol ermənilərin istifadəsinə verildi. Yeni magistral Azərbaycanın istədiyinə uyğun çəkilin. Onun keçdiyi ərazidəki yüksəkliklər nəzarətimiz altındadır”.

X. Bəşirov düşünür ki, artıq Azərbaycan üçün kifayət qədər əlverişli şərait var:

“Ermənistandan fərqli olaraq, imzaladığımız sənədlərə hörmətlə yanaşırıq. O cümlədən Brüssel platformasında keçirilən 4 görüşdə əldə olunan razılaşmalara.

Əslində, həm Ermənistan, həm də Fransanın timsalında ermənipərəst qüvvələr çalışırlar ki, Azərbaycan ermənilərin təxribatlarına sərt cavab verərək Laçın yolunu bağlasın ki, bunu da əldə bayraq edərək dünyaya car çəksinlər. Habelə Azərbaycanın həm oradakı erməniləri blokadada saxlaması, həm də imzaladığı bəyanatı pozması ilə bağlı bizi ittiham etsinlər. Bu təxribata getmək lazım deyil.

Zənnimcə, Laçın yolunun bağlanması imkanı həmişə əlimizdə qalır və ona görə də ilkin mərhələdə Ermənistan tərəfinə ciddi xəbərdarlıq etməklə həmin yol üzərində nəzarət məntəqələri yaradılmalıdır. Bununla bir tərəfdən yola tam nəzarət bərpa olunacaq, ermənilərin bütün hüquqa və qanunazidd addımlarının qarşısı alınacaq, digər tərəfdən də Ermənistanın və bir çox ermənipərəst məkrli qüvvələrin növbəti və daha təhlükəli təxribatı uğursuzluqla nəticələnəcək”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!