“Ermənilərin ayaqları göydə qalıb“ - Arif Quliyevdən komik   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

“Ermənilərin ayaqları göydə qalıb“ - Arif Quliyevdən komik AÇIQLAMA

Mədəniyyət

12 Noyabr 2020 17:29 1461


“Bu qələbə hər birimizin bayramıdır. Bir əsrdən də çoxdur ki, həmişə ermənilər bizim torpaqları zəbt ediblər. Onların əlindən biz bu tikəni qopardıq. Ayaqları göydə qaldı, yerə çatmır, ağızları yumuldu, heç səslərini də çıxara bilmədilər”.

Bu sözləri Yenisabah.az-a Xalq artisti Arif Quliyev deyib. Aktyor qələbəyə hədsiz sevindiyini qeyd edib:

“Ermənilər qarşılarında dəqiq, təmkinli ordu gördülər. Biz fəxr edirik ki, qalib gəlmiş Azərbaycanın vətəndaşlarıyıq. Azərbaycan qalib gəlib, çünki haqlıdır. Onlara insafla yanaşmışıq, evimizdə yer vermişik, amma onlar bizim mülayimliyimizdən istifadə ediblər. Biz öz torpağımızda müharibə edirdik, ar olsun onlara, utansınlar. Mən qələbəyə həddindən artıq sevindim. Vətəndən pay olmaz deyiblər. Biz mülki əhaliyə zərər vermədik, amma onlar Bərdədə, Gəncədə nə qədər insanımızı qırdılar. Paşinyan deyirdi ki, nə fərqi var insan  harda ölür? Ona görə də qələt etdi”.  pizza hut

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!