Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Ermənistanın həyata keçirdiyi növbəti təxribatı qeydə alıb. Belə ki, Ermənistan tərəfi "Periscope" vasitəsilə canlı yayımlar edərək Azərbaycan xəritəsinin saxtalaşdırılmış versiyasını nümayiş etdirir və Azərbaycanın bir neçə şəhərində müxtəlif ərazilərin Ermənistan ərazisi olduğunu iddia edir.
Yenisabah.az xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
"Bu məlumat həqiqəti əks etdirmir və mövcud xəritədə heç bir dəyişiklik olunmayıb. Dördpendirli pizza
Vətəndaşlarımızdan xahiş olunur ki, bu kimi məlumatlara etimad göstərməsinlər və hər hansı kiberinsidentlə üzləşdikdə və ya metodiki dəstəyə ehtiyac olduqda www.cert.az saytı və ya reports@cert.az e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər", - deyə məlumatda bildirilir.

Telegram kanalımız