Ermənilərin dağıtdığı 121 ev bərpa edilir

saytların hazırlanması

Evə çatdırılma

Ermənilərin dağıtdığı 121 ev bərpa edilir

Xalqın səsi

25 Yanvar 2019 19:52 1248


Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində Ağdam rayonunda dağılmış mülki əhaliyə məxsus evlərin əsaslı təmiri və bərpasına başlanılıb.

“Yeni Sabah” xəbər verir ki, bərpa, təmir və tikinti işləri prezident İlham Əliyevin “Erməni silahlı qüvvələrinin Ağdam rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə verdiyi  sərəncama əsasən aparılır.

Ağdam Rayon İcra Hakimiyyətin Memarlıq və tikinti şöbəsinin müdiri Abduləli Mehdiyev  bildirib ki, rayonun 19 kəndində 121 evdə yenidən tikinti və bərpa işləri aparılacaq. Artıq Qaradağlı Əfəddi və Evoğlu kəndlərində söküntü və  tikinti işlərinə başlanılıb.

Rayonun Əfətli 25, Qaradağlı 21, Zəngişali 12, Çəmənli 33 , Əhmədağalı 11, Qərvənd 12, Təzəkənd kəndlərində 7 ev əsaslı təmir və bərpa işləri aparılacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!