Kəlbəcərdəki vəhşilik Laçında  da təkrarlanacaq? -   “Rus əsgərləri aktivlik göstərməlidir”

saytların hazırlanması

Evə çatdırılma

Kəlbəcərdəki vəhşilik Laçında da təkrarlanacaq? - “Rus əsgərləri aktivlik göstərməlidir”

Siyasət

08 Avqust 2022 15:05 1492


“Bu gün Laçın şəhəri və digər yaşayış məskənlərindəki evlərin yandırılmaması, təbiətə qarşı vəhşiliyin törədilməməsi və s. üçün ən optimal variant sülhməramlıların müdaxiləsidir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov deyib.

O, ermənilərin Laçın və Zabuxdan köçərkən, Kəlbəcərdə olduğu kimi, ərazidə törədə biləcəkləri ekoloji fəlakətin qarşısının alınması üçün görülməli olan tədbirlərdən söz açıb: Pepperoni pizza

“Ermənilərin sentyabrın 1-ə qədər Laçın və digər ərazilərdən çıxması barədə məlumat var, amma 10 noyabr 2020-ci il tarixli bəyanatda konkret möhlət qoyulmayıb. Amma bəyanatın həyata keçirilməsi ilə bağlı müzakirələr daim aparılıb.

Əslində, tarix boyu azərbaycanlılara məxsus olan, lakin ermənilərin 30 ilə yaxın müddətdə qanunsuz yaşadıqları yerlərə, hətta meşələrə və təbiətə qarşı olan münasibətlərinin şahidi olmuşuq. Onların xisləti budur.

Ermənistan hakimiyyəti də köçlə bağlı həmin insanlara müraciət edib. Əgər evlərini tərk edirlərsə, Ermənistan dövləti həmin şəxsləri haradasa evlərlə təmin etməlidir. Bir şərtlə ki tərk etdikləri evləri yandırmasalar.

Əgər bu gün həmin ərazilər Azərbaycanın nəzarəti altında deyilsə, bu məsələdə sülhməramlıların rolu ortada olmalıdır. Sülhməramlılar Azərbaycan tərəfinin tələblərinə riayət etməli, məqsəd sülhün və təhlükəsizliyin təmin edilməsidirsə, həmin ərazilər Azərbaycanın nəzarətinə təhvil verilənə qədər bu missiya da yerinə yetirməlidirlər. Sonra Azərbaycan özü həmin ərazilərdə lazımi tədbirləri görəcək”.

“Rus əsgərləri aktivlik göstərməlidir. Evlərin boşaldılması zamanı onlar çalışmalıdırlar ki, Ermənistan tərəfinin Kəlbəcərdə törətdiyi vəhşiliklər bir daha təkrarlanmasın. Çünki hələlik bəzi işlərə müdaxilə edə bilmirik”, - deyə müsahibimiz əlavə edib.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!