“Ermənilərin Qarabağda törətdikləri vəhşi insanların hərəkətləridir” - Özcan Kars

saytların hazırlanması

Evə çatdırılma

“Ermənilərin Qarabağda törətdikləri vəhşi insanların hərəkətləridir” - Özcan Kars

Siyasət

29 Oktyabr 2022 20:23 758


“Ermənilərin Qarabağda törətdikləri vandallıqlar mədəniyyəti, sənəti bilməyən, yüksək düşüncədən məhrum vəhşi insanların etdikləri hərəkətlərdir”.

Bunu “Report”a açıqlamasında “Türkiyə Gəzginlər Klubu”nun üzvü Özcan Kars deyib.

Səyyah bildirib ki, əslən Ərzurumludur və ataları 1877-ci ildə Türkiyə - Rusiya savaşında köçə məcbur olublar: “Bu müharibədə Rusiya ordusundan daha çox ermənilərlə savaşmışıq. Orada şəhərlərə edilən təcavüzləri, insanların qətliamlarını atalarımızdan eşitmişik. İkinci dəfə eyni şeyləri Birinci Dünya Müharibəsində yaşamışıq. Mənim ailəm ermənilərin səbəb olduğu faciə ilə bağlı iki dəfə köç etməyə məcbur olub”. Dominos pizza

“Böyüklərdən eşitdiyimiz vandallıqların simasını bu torpaqlarda canlı şəkildə gördük”, - Ö.Kars vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!