Ermənilərin türklərə başsağlığı verməsi:   “Ucuz yollarla...”

saytların hazırlanması

Evə çatdırılma

Ermənilərin türklərə başsağlığı verməsi: “Ucuz yollarla...”

Siyasət

22 Avqust 2022 14:26 1207


Ermənistan parlamentinin sədr müavini, Ermənistanın Türkiyə ilə danışıqlar üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan Türkiyədə baş vermiş qəzalarla bağlı türkiyəli həmkarı Serdar Kılıça başsağlığı verib. 

O, özünün "Twitter" hesabında “Qaziantep və Mardində baş verən yol qəzaları nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm” - yazıb.

Bu cür jestlər ermənilərlə türklər arasında gərginliyi azalda bilərmi? Dominos pizza

Yenisabah.az-a açıqlamasında mövzunu şərh edən hüquqşünas, politoloq Xəyal Bəşir bildirib ki, ölkələr arasında yazılan və yazılmayan qanunlar var:

“Normal münasibəti olan ölkələr arasında bədbəxt və ya əlamətdar hadisələr zamanı bir-birlərinə başsağlığı və ya təbrik mesajı göndərilir. Lakin Ermənistan ucuz yollarla münasibətlərin normallaşdırılması fonunu yaradır. Sanki dünyaya göstərirlər ki, “biz Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirik”, “biz işğalçılıq siyasətinə son qoymuşuq, Türkiyə də buna cavab olaraq adekvat addım atmalıdır" və.s.

Qarabağ münaqişəsi başladığı gündən bəri Türkiyə Ermənistanla münasibətlərin normallaşması üçün işğalçılıq planlarından əl çəkməyi tövsiyə edib.

Ermənistanın Türkiyəyə başsağlığı verməsi heç də münasibətlərin normallaşdırılması demək deyil. Təbii ki, bu olmalıdır, lakin buna qədər də bəzi şeylər olmalı idi”.

Politoloq qeyd edir ki, cənab prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Ermənistanın Türkiyə ilə əlaqələrinin normallaşdırılması üçün üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsini, sülh sazişinin imzalanmasını, demarkasiya və delimitasiya məsələlərinin və Zəngəzur dəhlizinin həllinin vacibliyini dəfələrlə qeyd ediblər:

“Bunların heç biri yerinə yetirilmədən hər hansı faciə zamanı başsağlığı verilməsi və ya xüsusi günlərdə təbrik edilməsi heç də münasibətlərin normallaşdırılması demək deyil. Türkiyənin buna ehtiyacı yoxdur. Türkiyə münasibətlərin normallaşması üçün real addımların atılmasını istəyir.

İkinci Qarabağ müharibəsindən sonra Qafqazda baş verən dəyişikliklər Azərbaycanın xeyrinədir. Zaman Ermənistanın əleyhinə işləyir.

Laçından və Zabuxdan çıxarkən ermənilərin təbiətə ziyan vurması, evləri yandırması onu göstərir ki, ya Ermənistan hökuməti zəifdir xalqı idarə edə bilmir, ya da ki, oradan çıxan ermənilərin hər yeri talan etməsi Ermənistan hökumətinin maraqlarına uyğundur. Bu səbəbdən də Ermənistanın atdığı heç bir addım real görünmür və hər biri qeyri-səmimidir”.

Nəsimi Ələsgərli 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!