Erməninin sonrakı ağlı...

Erməninin sonrakı ağlı...

Yazar Veb saytların hazırlanması

02 Dekabr 2020 11:02 2573


Leksikonumuzda müsəlmanları aşağılayan çoxlu deyim var. Onların əksəriyyətinin yaradıcısı ulu babalarımız olub. Onlar da bizim kimi müasirlərini bəyənməyiblər. Amma günahı özlərində yox, dinlərində görüblər...

Biz uşaq olanda ən çox bu sözləri eşidirdik: müsəlmanın sonrakı ağlı. Bunu gördüyü işi düz-əməlli axıra çatdıra bilməyən adamlar haqda deyirdilər. Yəni bu ifadə əsasən iş-işdən keçəndən sonra səhvini anlayan adamlara şamil olunurdu.

İkinci Qarabağ Müharibəsindən sonra ermənilər bu duruma düşüblər. Azərbaycan Ordusunun güclü yumruğu başlarına dəyəndən sonra yavaş-yavaş ağıllanmağa başlayıblar. Övladlarını Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Şuşada itirən ermənilər indi bu sualı tez-tez verirlər: bizim uşaqlarımız niyə Azərbaycan torpaqlarında ölməliydi?

Paşinyan tülkü kimi gecənin düşməsini gözləyib xəlvətcə təslimçilik aktına imza atandan sonra düşmən ölkədə bu müzakirələr daha da qızışıb. Ermənilər başlarına dəyən yumruğun təsirindən ayılandan sonra öz fəaliyyətlərini təftiş etməyə başlayıblar. Payızda ağacdan düşən yarpaqlar kimi sakitcə hakim komandanı tərk edən sabiq məmurlar Azərbaycan torpaqlarını işğalda saxlamağın səhv qərar olduğunu etiraf etməyə başlayıblar. Onların arasında keçmiş nazirlər, yüksək rütbəli məmurlar, guya peşəkar sayılan generalalr da var. Ay axmaq erməni, bu sözləri niyə vəzifədə olanda demirdin? O dılğır Paşinyan sizin övladlarınızı Füzuliyə, Cəbrayıla, Qubadlıya, Zəngilana hərbi xidmətə göndərəndə niyə etiraz etmirdiniz? Doğulduğum Soltanlı kəndində bir neçə gün qızğın döyüşlər gedib. Ay şərəfsizlər, 1993-cü ilə kimi Soltanlıya erməni ayağı dəymişdi? Niyə vaxtında etiraz səsinizi ucaltmırdınız?

Əsgərlərimiz tərəfindən gəbərdilmiş təcavüzkar övladlarınızın şəkillərini götürüb hər gün Paşinyanın qərargahının qarşısında göz yaşı axıtmağın indi nə mənası var? Yoxsa, elə bilirdiniz özünüzə oxşayan fərsiz uşaqlarınız Azərbaycanı məğlub edib Qarabağı ömürlük sizə bağışlayacaq? Ay siz öləsiniz! Necə ki, çaqqal kimi ulaya-ulaya ölürsünüz...

Erməni xalqının acınacaqlı duruma düşməsi təkcə Paşinyanın günahı deyil. Erməni ziyalıları, şair və yazıçılar, sənət adamları da ən azı Paşinyan qədər günahkardırlar. Bu vələdüzzinalar neçə illərdi Xocalı cəlladlarının şəninə şeir yazıb, mahnı qoşurlar. Onların saxta təbliğatı sayəsində bədbəxt erməni xalqı elə bilirdi ki, göydən torbayla düşüb. Amma göydən başına dron düşəndə şəninə deyilən təriflərin cəfəngiyyat olduğunu anladı. Düzdür, bir az gec anladı. Ancaq nə etməli, özü yıxılan ağlamaz...

Seymur VERDİZADƏ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!