“10 noyabrda imzalanmış üçtərəfli sazişdən imtinayla bağlı səsləndirilən fikirlər absurddur”.
Bunu Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
O, Ermənistan parlamentinin üzvü, müxalif deputat Artur Qazinyanın “İndiki vəziyyətdə Ermənistanın de-yure hökumətinin yeganə rasional və düzgün addımı Baş nazirin istefası və ondan əvvəlki hökumətin bütün şifahi razılaşmalarından imtina edən yeni müvəqqəti hökumətin formalaşdırılması olacaq” ifadəsinə münasibət bildirib. Dördpendirli pizza
Deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ermənistanın otuz illik işğalçılıq siyasətinə son qoydu və torpaqlarımızı işğaldan azad etdi.
“Ermənistan diz çöküb yalvararaq kapitulyasiya aktına imza atdı. Beləliklə 10 noyabr 2020-ci il tarixində Azərbaycan və Rusiya prezidentləri, eləcə də Ermənistanın Baş naziri Nikol Paşinyanın imzası ilə üçtərəfli bəyannamə imzalanmışdır.
Bəyannaməyə əsasən tərəflərin üzərinə müəyyən öhdəliklər düşürdü ki, həmin öhtəlikləri Ermənistan süni əngəllər yaratmaqla uzatmağa çalışır. Azərbaycan diplomatik müstəvidə də Ermənistanı üçtərəfli bəyannamənin müddəalarının icrasını həyata keçirməyə məcbur edir. Ermənistan 44 günlük Vətən müharibəsindən sonrakı mərhələdə də Azərbaycanın gücü qarşısında tab gətirə bilmir.
Ötən il Ermənistanda parlament seçkiləri keçirildi, Paşinyan yenidən Baş nazir seçildi və ona uyğun olaraq da yeni hökumət formalaşdı. Həmin seçkilərdən sonra Ermənistanda onsuz da hər bir sahədə özünü göstərən böhran daha da dərinləşdi, eləcə də siyasət sahəsində. Zaman-zaman gördük ki, Ermənistanda müxalifət qüvvələri tərəfindən indiki hakimiyyətə qarşı mitinqlər keçirir, Paşinyanı istefaya çağırırdılar.
İndi isə artıq üçtərəfli bəyannaməyə uyğun olaraq Laçın və ətraf kəndlərdən vaxtilə işğal dövründə ermənilər tərəfindən qeyri-qanuni yollarla məskunlaşdırılımış, xüsusən də Suriya və Liviyadan gətirilmiş, hərbi cinayət törətmi. şəxslərin ordan çıxarılması təmin edilir.
Beləliklə, Azərbaycan ümumilikdə vaxtilə işğalda olan torpaqların böyük bir hissəsini Vətən müharibəsində, geridə qalan hissəsini isə 10 noyabr sazişi ilə geri qaytarmaqdadır”.
Deputat qeyd edib ki, bu günlərdə Ermənistanda yeni tezis ortaya atılıb:
“Ermənistanda Baş naziri Nikol Paşinyanı istefaya çağırır, “Milli Etimad Hökuməti” yaratmağı təklif edir, beləliklə də Paşinyan tərəfindən imzalanmış sənədlərin ləğvini tələb edirlər. Əlbəttə ki, bu çox absurd fikirdir. Birincisi, onu bilmək lazımıdır ki, Ermənistanda hansı hökumət olarsa-olsun üçtərəfli bəyannamə və onda sonra əldə olunan razılıqların hər biri icra olunacaqdır. Ermənistanda hər hansı hakimiyyət dəyişikliyi baş versə də Azərbaycan Ermənistanı məcbur etməyin yollarını bilir. Biz bunu 44 günlük Vətən müharibəsində, daha sonra isə 3 avqustda onların genişmiqyaslı təxribatına qarşı cəza tədbiri olaraq “Qisas” anti-terror əməliyyatında da gördük.
Ermənistan belə bir addım atması Rusiyaya qarşı çıxmaq deməkdir. Bu sənəd beynəlxalq bir sənəddir və bu sənədin hər bir ödtəliyini icra etməyə Ermənistan məcburdur. Bir daha qeyd edirəm ki, hər hansı bir hakimiyyət dəyişikliyi olarsa belə İrəvan öhdəlikləri yerinə yetirməlidir və əgər öhtəliklərin icrasında boyun qaçırarlarsa Azərbaycan onları məcbur etməyin yollarını çox yaxşı bilir.
Digər bir tərəfdən isə Baş nazir Paşinyanın istefaya gedəcəyi heç də real görünmür. Ötən ilin yay aylarında Nikol Paşinyanın rəhbərliyi ilə Ermənistanda yeni hökumət formalaşdı. Bu onu göstərdi ki, məhz 44 günlük Vətən müharibəsində çox acınacaqlı vəziyyətdə məğlub olmasına baxmayaraq, onlar yenidən Paşinyana dəstək oldular.
Hesab edirəm ki, müxalifət aylarla mitinq keçirsə də, Ermənistanda hakimiyyətin dəyişməsinə nail olmayacaqdır”.
Nəsimi Ələsgərli
Telegram kanalımız