“Ermənistan ABŞ-dan iqtisadi, siyasi və hərbi dəstək alarsa…”

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistan ABŞ-dan iqtisadi, siyasi və hərbi dəstək alarsa…”

Siyasət

18 Sentyabr 2022 11:23 1758


“ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərinin əhəmiyyətini və mümkün nəticələrini kiçiltmək lazım deyil”. 

“Yeni Sabah” xəbər verir ki, bu açıqlama ilə politoloq Ərəstun Oruclu çıxış edib. O, qeyd edib ki, bu səfərin Azərbaycan-Ermənistan sərhədindəki son vəziyyətlə birbaşa əlaqəsi yoxdur, o, əvvəldən planlaşdırılmışdır, amma bu hələ onun təsirlərinin olmayacağını deməyə əsas verməməlidir:

“Əvvəla, ona görə ki, istər Pelosinin özü, istərsə də onu müşaiyət edən digər Konqres nümayəndələri stabil olaraq birmənalı ermənipərəst siyasətçilərdir və onların səfərin nəticələrilə bağlı Azərbaycana qarşı hər hansı addımlar atacaqları istisna deyil. pizza mizza

İkincisi, Pelosi qısa zamanda Ermənistana səfər edən yeganə yüksək ABŞ rəsmisi deyil. Bundan bir qədər əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns də İrəvanda səfərdə olmuşdu. 

Bu isə artıq Vaşinqtonun bölgəyə dair siyasətində Ermənistanın müəyyən yer aldığını deməyə əsas verir. Belə siyasət də öz növbəsində Azərbaycan üçün ciddi çağırışlar və risklər demək ola bilər.

Çünki ABŞ kimi güclü bir ölkə üçün hətta zəif və kiçik Ermənistanı ayağa qaldırmaq yalnız zaman məsələsidir və söhbət heç də onilliklərdən getmir. ABŞ-dan iqtisadi, siyasi və istisna deyil ki, hərbi dəstək alacağı halda İrəvan qısa zamanda bugünkündən çox fərqli statusa keçə bilər.

Bu da öz növbəsində bölgədə yeni geosiyasi şəraitin yaranmasına və bölgə ölkələri üçün yeni təhdidlərin meydana çıxmasına yol açardı. İlk növbədə də Azərbaycan üçün.

Bu baxımdan xarici siyasət strategiyamızın mövcud reallığa uyğun olaraq müəyyənləşdirilməsi və onun həyata keçirilməsi istiqamətində effektiv addımların atılması təxirəsalınmaz vəzifəyə çevrilir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!