Ermənistan aciz durumda - Əlilləri cəbhəyə göndərmək istəyirlər

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan aciz durumda - Əlilləri cəbhəyə göndərmək istəyirlər

Maraqlı

16 İyul 2020 17:16 814


"Ermənistan ordusuna keçmiş çağırışçıların və əlillərin səfərbərliyi başlayıb".

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

Onun sözlərinə görə, bu günlərdə Azərbaycanla sərhəddə apardığı döyüşlərdə erməni ordusunun canlı qüvvədə böyük itkilər verməsi Ermənistan Müdafiə Nazirliyini silahla azacıq da olsa davrana bilən hər kəsi silah altına qoymağa məcbur edir. pizza sifarişi

"Əldə olunan məlumata görə, Ermənistan ordusunun rəhbərliyi keçmiş hərbi qulluqçuları, çağırışçıları, o cümlədən ikinci və üçüncü qrup əlilləri, habelə həbsxana məhbuslarını Tavuş bölgəsinə göndərmək üçün tələsik şəkildə səfərbər edir. Bu o deməkdir ki, sərhəddə düşmənin şəxsi heyəti sırasında böyük boşluqlar yaranıb ki, həmin boşluqları o, canlı, lakin artıq "tullantı" materialı ilə yamaq etməyə çalışır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!