Ermənistan Antalya Diplomatik Forumunda iştirak edəcək?   - İrəvandan açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan Antalya Diplomatik Forumunda iştirak edəcək? - İrəvandan açıqlama

Siyasət

27 Yanvar 2022 17:38 829


“Ermənistanın Antalya Diplomatik Forumunda iştirak edib-etməyəcəyinə hələ qərar verilməyib”.

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə hakim “Mülki müqavilə” fraksiyasının üzvü Eduard Ağacanyan deyib.

O, Ermənistanın Türkiyə ilə nizamlanma prosesi üzrə xüsusi nümayəndəsi Ruben Rubenyanın hələlik qərar verməməsinə aydınlıq gətirib: Dominos pizza

"Hazırda iştirakla bağlı yekun qərar yoxdur, sadəcə Baş nazir Nikol Paşinyan deyib ki, dəvət olunanlar forumda iştirak edə bilərlər", - deyə Ağacanyan jurnalistlərə bildirib.

Xatırladaq ki, Türkiyənin Xarici İşlər naziri Mövlut Çavuşoğlu “Antalya Diplomatik Forumu”na Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan və xüsusi nümayəndə Ruben Rubinyanın dəvət edildiyini qeyd etmişdi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!