Ermənistan atəşkəs rejimini 22 dəfə pozdu

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan atəşkəs rejimini 22 dəfə pozdu

Hadisə

12 İyun 2020 09:38 652


Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

Bu barədə Yenisabah.az-a Müdafiə Nazirliyindən məlumat verilib. 

Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Dominos pizza

Xocavənd rayonunun işğal altında olan Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!