Ermənistan - Azərbaycan sərhədinə ATƏT missiyasının göndərilməsi ilə bağlı müzakirə

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan - Azərbaycan sərhədinə ATƏT missiyasının göndərilməsi ilə bağlı müzakirə

Siyasət

01 Oktyabr 2022 18:44 954


ATƏT-ə sədrlik edən Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Zbiqnev Rau Fransanın xarici işlər naziri Ketrin Kolonna ilə təşkilatın missiyasının Ermənistan-Azərbaycan sərhədindəki münaqişə zonasına göndərilməsi imkanlarını müzakirə edib.

Yenisabah.az xəbər verir ki, bu barədə şənbə günü Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Nazir Zbiqnev Rau bu gün Fransanın xarici işlər naziri ilə telefon danışığı aparıb. Ermənistan və Azərbaycan sərhədində son hadisələr və bu regiona ATƏT-in missiyasının göndərilməsinin potensial imkanları müzakirə edilib”, - Polşa Xarici İşlər Nazirliyindən bildirilib. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!