Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması Xocalı faciəsi ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.
"Yeni Sabah"ın məlumatına görə, başsağlığı mətnində deyilir ki, platforma Azərbaycan xalqına qarşı həyata keçirilən etnik təmizləmə siyasətini və müharibə cinayətlərini pisləyir:
"Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması Qarabağ müharibəsinin ən faciəli, qəddarlığı baxımından misli olmayan səhifələrindən biri - Xocalı hadisələrinin ildönümü ilə əlaqədar Azərbaycan xalqına öz dərin başsağlığını bildirir. Pepperoni pizza
Azərbaycan üçün ağrılı olan və yaddaşlardan silinməyən bu tarixdə Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması Azərbaycan xalqına qarşı həyata keçirilən etnik təmizləmə siyasətini və müharibə cinayətlərini pisləyir və belə bir faciənin gələcəkdə təkrarlanmasının qarşısını almaq üçün Ermənistan və Azərbaycan xalqlarını Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli edilməsi istiqamətində səylər göstərməyə çağırır.
Biz Ermənistan və Azərbaycan xalqlarını, bütün dünya ictimaiyyətini bu qanlı müharibəni dayandırmaq və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün bütün səyləri səfərbər etməyə çağırırıq".
Telegram kanalımız