“Ermənistan Azərbaycan və Türkiyə ilə sülh müqaviləsi imzalamalı olacaq” - Levon Ter-Petrosyan

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistan Azərbaycan və Türkiyə ilə sülh müqaviləsi imzalamalı olacaq” - Levon Ter-Petrosyan

Siyasət

27 Sentyabr 2022 00:55 6765


“Ermənistan çətin və ağrılı qərarlar gözləyir, həm Azərbaycan, həm də Türkiyə ilə müqavilələr imzalamalı olacaq”.

Yenisabah.az xəbər verir ki, bu fikri Ermənistanın ictimai televiziyasına müsahibəsində bu ölkənin sabiq dövlət başçısı - birinci prezidenti Levon Ter-Petrosyan deyib.

“Bu, heç kimə xoş gəlmir, lakin elə an gələcək ki, başqa seçim olmayacaq”, - Ter-Petrosyan bildirib. Toyuqlu pizza

Onun sözlərinə görə, əgər rəsmi Bakı və Ankara ilə problemlər həll olunmasa, tezliklə Ermənistan dövlətçiliyinin mövcudluğu təhlükə altına düşəcək.

Eyni zamanda, sabiq prezident Azərbaycanla mümkün sülh müqaviləsinin imzalanmasını Ermənistanın kapitulyasiyası adlandırıb.

O, xatırladıb ki, tarixdə Ermənistandan qat-qat güclü dövlətlərin təslim olması halları çox olub. Bu kontekstdə keçmiş prezident Yaponiyanı misal çəkib.

"Dünyada elə bir qonşu ölkə yoxdur ki, onlar arasında sülh sazişləri imzalanmasın. Bəli, bu, Ermənistanın kapitulyasiyasıdır", - Ter-Petrosyan bildirib.

Onun sözlərinə görə, Paşinyanın yerinə gələcək hər kəs, yəqin ki, daha xoşagəlməz sənədə imza atacaq./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!