Ermənistan Dövlət Gəlirlər Komitəsinin Gömrük Xidməti və İqtisadiyyat Nazirliyi 2025-ci ilin noyabrından 2026-cı il aprelin 15-dək Azərbaycan ərazisi ilə və birbaşa Azərbaycandan idxal olunan mallarla bağlı məlumatları açıqlayıb.
"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, bu dövrdə Azərbaycan ərazisi ilə Rusiyadan və Qazaxıstandan Ermənistana ümumilikdə 26 295 ton mal daşınıb.
Azərbaycan ərazisi ilə Ermənistana Rusiya Federasiyası və Qazaxıstandan 26 295 ton mal, habelə Azərbaycandan 9 337 ton yanacaq idxal olunub. pizza
Gömrük xidmətinin məlumatına görə, Azərbaycan ərazisi ilə dəmir yolu ilə ilk tranzit yük daşınması 6 noyabr 2025-ci ildə həyata keçirilib. Rusiyadan və Qazaxıstandan 24 865 ton buğda, 1 362 ton gübrə və 68 ton qarabaşaq yarması idxal edilib.
Bundan əlavə, 2025-ci ilin dekabrından 2026-cı il aprelin 15-dək Gürcüstan ərazisi ilə Azərbaycandan Ermənistana 9 337 ton yanacaq idxal olunub. Bunun 5 398 tonunu dizel yanacağı (4,3 milyon ABŞ dolları), 3 939 tonunu isə benzin (2,9 milyon ABŞ dolları) təşkil edib.
Telegram kanalımız