Ermənistan Azərbaycanı təcili danışıqlara çağırır 

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan Azərbaycanı təcili danışıqlara çağırır 

Siyasət

29 Mart 2022 07:39 550


Ermənistan Təhlükəsizlik Şurasının martın 28-də keçirilmiş müşavirəsində Qarabağdakı vəziyyət müzakirə olunub.

“Yeni Sabah” xəbər verir ki, Baş nazir Nikol Paşinyanın ofisi yaranmış vəziyyətin son dərəcə gərgin olduğunu bildirib.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə, Təhlükəsizlik Şurası Azərbaycanın “yeni təxribatlar və Dağlıq Qarabağa hücum üçün əsaslar hazırladığını” bəyan edib.
Bu da qeyd olunub ki, Azərbaycan bu istiqamətdə hərəkətlərinə haqq qazandırmaq üçün rəsmi Yerevanı pozucu fəaliyyətdə ittiham edir.

Ermənistan Təhlükəsizlik Şurasının iclasında Azərbaycanı dərhal hərtərəfli sülh müqaviləsi üçün danışıqlara çağırmaq qərarı qəbul olunub:

“Təhlükəsizlik Şurası beynəlxalq icmanın diqqətini Dağlıq Qarabağda və Ermənistan-Azərbaycan sərhədində hərbi toqquşmaların baş verməsi mümkünlüyünə cəlb edərək regionda yeni hərbi eskalasiyanın və etnik təmizləmənin qarşısının alınması məqsədilə beynəlxalq çəkindirmə mexanizmlərinin işə salınmasını zəruri hesab edir”. pizza sifarişi

Qarabağda vəziyyətin gərginləşməsi ilə bağlı Ermənistan müxalifəti ölkə iqtidarının tənqidini daha da kəskinləşdirib:

“Nə üçün vaxtında lazımi qərarlar qəbul edilməyib, sərhəd tam bağlanmayıb, dinc əhalinin təhlükəsizliyi niyə təmin olunmayıb?”

Azatutyun yazır ki, bu sualları keçmiş prezident Robert Koçaryanın Hayastan fraksiyasının başçısı, keçmiş müdafiə naziri Seyran Ohanyan səsləndirib.

Ohanyan martın 28-də deyib ki, burda söhbət “Qarabağdakı bir-iki kənddən və ya hansısa yülsəkliklərdən yox, Azərbaycanın qarabağlılar üzərinə daimi basqı siyasətindən” gedir:

“Bütün məsələlərə aydınlıq gətirilməli idi: Müdafiə ordusu hansı vəzifələri yerinə yetirir, sülhməramlıların vəzifəsi nədir. Bu yerlər, dəlmə-deşik bağlanmalı idi. Ermənistan ordusu, özünümüdafiə ordusu təcili qərarlar qəbul etmək, silahlı qüvvələrə ehtiyatları cəlb etmək, sərhəddə normal vəziyyət yaratmaq imkanına malikdir. Bu o deməkdir ki, ya bu onlardan tələb olunmur, ya da onlar Ermənistan Respublikasının hakimiyyətindən real, aydın əmrlər almayıblar”.

Parlamentdə “Vətəndaş müqaviləsi” iqtidar fraksiyasının katibi Artur Hovannisyan bu ittihamları rədd edib.

O deyib ki, hakim partiya hazırda bu barədə “ucadan danışmamağa” üstünlük verir: “bizi ölkə xaricində də eşidirlər”.

Hovannisyan deyib ki, hazırda bütün məsələlər diqqətlə öyrənilir:

“Hazırkı vəziyyətdə mən şərhlərdən və rəy verməkdən çəkinmək istərdim, çünki müvafiq təhqiqat hələ başa çatmayıb. Hadisələr Rusiya sülhməramlılarının məsuliyyəti zonasında baş verib”.

Lakin Seyran Ohanyan bildirib ki, erməni qüvvələri Azərbaycan silahlı qüvvələrinin çəkilməsindən 100 faiz əmin olmadan Fərrux yüksəkliyindən getməməli idi.

O hakimiyyəti “sadəlövh” olmamağa, Azərbaycanın “rəqibdən qonşu ölkəyə çevriləcəyinə” inanmağa çağırıb.

Lakin Ermənistanın iqtidar partiyasından olan millət vəkilləri “sülh erasına” alternativin olmadığını, Azərbaycanınsa bu prosesə mane olduğunu bildirirlər.
 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!