“Ermənistan Azərbaycanla Rusiya arasında nifaq salmağa çalışır” - Rusiyalı politoloq

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistan Azərbaycanla Rusiya arasında nifaq salmağa çalışır” - Rusiyalı politoloq

Siyasət

04 Avqust 2022 20:06 1015


“Ermənistan Azərbaycanla Rusiya arasında nifaq salmağa, müharibə başlanmasına çalışır”.

Yenisabah.az xəbər verir ki, bunu “Report”un Rusiya bürosuna rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Darya Qrevtsova deyib.

Onun sözlərinə görə, Ermənistan öz təxribatları ilə Azərbaycan və Rusiya arasında nifaq salmağa - 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bütün şərtlərinə əməl olunmadığına görə rəsmi Bakının Moskvanı İrəvana kifayət qədər təzyiq göstərməkdə təqsirləndirməyə məcbur etməyə çalışır. Toyuqlu pizza

“Bu, iki ölkə arasında inamsızlıq mənbəyinə çevrilə və son nəticədə müharibənin başlanmasına gətirib çıxara bilər. Ermənilər də bunu - rusiyalı əsgərlərin erməni maraqları uğrunda döyüşməsini istəyir”, - D.Qrevtsova bildirib.

O həmçinin qeyd edib ki, Qarabağda təxribatlar törətməklə ermənilər özləri üçün müəyyən üstünlüklər əldə etmək istəyirlər, lakin genişmiqyaslı müharibə gözləmək lazım deyil:

"Ermənilər Azərbaycan Ordusundan qorxurlar. Onlar Azərbaycanın torpaqlarını necə tez geri qaytardığını gördülər. Müharibə olarsa, ermənilər məğlub olacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!