“Ermənistan “Dağlıq Qarabağ xalqı”nın taleyini həll edə bilməz”

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistan “Dağlıq Qarabağ xalqı”nın taleyini həll edə bilməz”

Siyasət

25 İyul 2023 14:44 602


“Dağlıq Qarabağ xalqı”nın hüquqları və təhlükəsizliyi “Dağlıq Qarabağ xalqı”nın nümayəndələrinin iştirakı ilə Bakı-Stepanakert dialoqu formatında, beynəlxalq mexanizm çərçivəsində müzakirə edilməlidir. Ermənistan “Dağlıq Qarabağ xalqı”nın taleyini həll edə bilməz”. 

Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, bu barədə bir müddət əvvəl Ermənistanın Baş nazir Nikol Paşinyan keçirdiyi mətbuat konfransında bildirib. 

“Dağlıq Qarabağ”ın nümayəndələri danışıqların, dialoqun tərəfində olmalıdırlar və biz bu gündəliyi təbliğ edirik. Nəzərə alaq ki, “Dağlıq Qarabağ xalqı”nın hüquq və təhlükəsizliyi Bakı-Stepanakert dialoqu formatında, beynəlxalq mexanizm çərçivəsində “Dağlıq Qarabağ” nümayəndələrinin iştirakı ilə müzakirə edilməlidir. Düşünürəm ki, “Dağlıq Qarabağ”ın nümayəndələri - xalq, hökumət bu qətnamə çərçivəsində onları narahat edən bütün məsələləri həll etmək və nəinki sual vermək, nəinki məzmun yaratmaq, həm də çox vacib olan həmin məzmunla bağlı siyasi məsuliyyəti daşımaq imkanı əldə edəcək. Bu düzgün yoldur”, – deyə o əlavə edib.  Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!