Ermənistan daha çox ərazi itirir: Anklavlar qayıtmasa...

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan daha çox ərazi itirir: Anklavlar qayıtmasa...

Siyasət

20 Sentyabr 2022 14:11 8774


Ekspertlər sentyabrın 12-də, Azərbaycan-Ermənistan sərhədi boyunca baş verən döyüşlər, Azərbaycan ordusunun bəzi əraziləri nəzarətə almasını müzakirə edirlər. Yerevan  Azərbaycan SSR və Ermənistan SSR arasındakı sovet dövrünün inzibati sərhədini qəbul etmir. Odur ki, beynəlxalq-hüquqi cəhətdən bu yüksəkliklərin Ermənistana məxsusluğu şübhə doğurur. Bakıda əsaslı olaraq belə hesab edirlər.

Azərbaycan ordusunun yeni sərhədlərə çıxması ilə nəticələnən əvvəlki döyüşlər 12 may 2021-ci il tarixində baş vermişdi.

2021-ci ilin mayında və 2022-ci ilin sentyabrında Azərbaycan ordusunun nəzarətə götürdüyü ümumi sahə hərbi ekspert Cəsur Sümərinli hesablamasına görə 200 kv km təşkil edir. Bura  Azərbaycan ordusunun atəş zonasına düşən ərazilər də daxildir.  pizza sifarişi

Yerevandakı ekspertlərin hesablamalarına görə, Azərbaycan ordusunun tutduğu ərazi 50 kv km-dir. "Düşmən ötən ilin mayında Ermənistan torpaqlarının 40 kvadrat kilometrini işğal edib, indi isə daha 10 kvadrat kilometri işğal edib", deyə baş nazir Nikol Paşinyan parlamentin iclasında bildirib.

Azərbaycanı "suveren Ermənistana" qarşı təcavüzdə ittiham edən Yerevanda Ermənistan SSR-in Sovet İttifaqını tərk etdiyi sərhədlərə istinad edirlər. Amma bu sərhədlərə Ermənistan SSR-nin əraziləri ilə əhatə olunmuş Azərbaycanın Qazax rayonunun kəndləri və Naxçıvan Muxtar Respublikasının bir kəndi - yəni anklavlar da daxil idi. Bu kəndlər 1992-ci ildə ermənilər tərəfindən ələ keçirilib və dağıdılıb. Buna cavab olaraq 1992-ci ildə Azərbaycan ordusu Gədəbəy rayonu ərazisindəki Ermənistan anklavını - Başkənd (Artsvaşen) kəndini tutub.

Anklavların ərazilərini xatırladaq: Ermənilərin 1992-ci ildə Azərbaycan ordusu tərəfindən ələ keçirilən Başkənd (Artsvaşen) yaşayış məntəqəsi 40 kv km sahəyə malikdir.

Həmin dövrdə Ermənistan ordusu Azərbaycanın Qazax rayonuna aid yeddi və Naxçıvan Muxtar Respublikasına aid bir (Kərki) anklav kəndini işğal edib:

Yuxarı Əskipara - 8,6 kv km,

Aşağı Əskipara - 9,1 kv km,

Baqanis Ayrım - 40 kv km,

Bərhudarlı - 10,1 kv km,

Sofulu - 22 kv km,

Qızıl Hacılı - 11 kv km,

Heyrimli - 4,1 kv km,

Kərki (Naxçıvan MR) - 19,2 kv km.

İşğal olunmuş Qazax rayonunun yeddi və NMR-in bir kəndinin ümumi sahəsi 124 kvadrat kilometr təşkil edir, bu da sovet xəritəsinə əsasən Ermənistana aid olan Başkənd yaşayış məntəqəsinin ərazisindən üç dəfə çoxdur.

Nikol Paşinyan anklav kəndləri və onları əhatə edən torpaqları Azərbaycana qaytarmaqdan imtina edib.

İndi Azərbaycan diplomatları deyə bilərlər ki, Azərbaycan SQ-nin 2021 və 2022-ci ildə ələ keçirdiyi ərazilər Ermənistanın Azərbaycan anklavlarını azad etməsi müqabilində qaytarıla bilər.

Turan İnformasiya Agentliyi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!