Erməni tərəfi artıq 44 günlük müharibədə acı məğlubiyyətə uğradıqlarını, ölkədə gərgin mənəvi-psixoloji vəziyyətin yarandığını, daxili qarşıdurmanın pik həddə çatdığını etiraf etməyə başlayıb.
Yenisabah.az xəbər verir ki, Ermənistan prezidenti Armen Sarkisyan müharibədə məğlub olduqlarını və hazırda durumun pis olduğunu etiraf etməyə məcbur olub. Erməni prezident etiraf edib ki, onlar güclü orduları olduqlarını desələr də bu belə deyil:
"Minlərlə gəncin ölümü həm cəmiyyət, həm onların ailələri üçün faciədir. 26 il bundan əvvəl bizim güclü ordumuz var idi. Bu dövr ərzində Azərbaycan bu istiqamətdə böyük güc sərf edib müasir texnologiyalar tətbiq edib, Ermənistan isə arzusunu reallıq kimi qəbul edib. Biz deyirik ki, güclü ordumuz var, amma reallıqda isə bu, yoxdur. Toyuqlu pizza
Ermənistan demokrafiya məsələlərində məğlub oldu. Dağlıq Qarabağda əhalinin sayı 20 min nəfər azalıb. Halbuki, bu ərazilərdə əhalinin sayını artırmaq lazım idi".
A.Sarkisyan informasiya müharibəsində də uduzduqlarını açıq etiraf edib:
"Azərbaycanlılar həm də informasiya və media müstəvisində müharibəyə hazırlaşdılar. Ermənistan bu müharibəni itirdi, ona görə ki, bununla məşğul olmadı. Azərbaycan Ermənistana qarşı informasiya hücumları edir, Ermənistanda isə qüvvələr bir-birini ittiham edir. Ermənistan dövlətçiliyinin uzun illər dağıdılması prosesi gedib
Ermənistan böyük böhran içindədir. Bunun ən pisi həm də emosional-psixoloji böhrandır. Çünki təkcə Ermənistan dövlətçiliyinin deyil, erməni insanının imicinə böyük zərbə vurulub.
Ağır məğlubiyyət yükünü təkcə Ermənistanın bugünkü nəsli deyil, gələcək nəsil də daşıyacaq".
Ermənistan prezidenti hazırda ağır sosial-iqtisadi durum yaşadıqlarını bildirib:
"Ermənistan dizi üstə çöküb və durmalıdır. Ancaq necə? Hökumət istefaya getməlidir. Belə təlatümdən sonra istənilən hökumət mandat almalıdır. Ermənilər indiki hökumət seçiləndə tam fərqli, indi isə başqa bir dövlətdə yaşayırlar.
Ermənistan ağır sosial-iqtisadi böhran içindədir. Səhiyyə, koronavirus, müharibədə itkilər, onların ailələri. Onlara pensiyalar lazımdır, psixoloji yardım göstərilməlidir. Cəbhədən qayıdan yaralılar, hərbçilərlə kim məşğul olacaq? Onlar hardan iş tapacaqlar? Biz təkcə dövlətin deyil, millətin böhranını yaşayırıq - səhiyyə, maliyyə, iqtisadi, psixoloji, humanitar və s. - bütün sahələrdə böhrandır. Referendum keçirilməlidir, Konstitusiya insana xidmət halına salınmalıdır.
Hakimiyyəti diaspora ilə Ermənistan arasında Berlin divarı çəkib. Ölkəmizdə dövlət orqanı təyinatı üzrə deyil, ona rəhbər təyin edilmiş adamın şəxsi əlavəsi kimi fəaliyyət göstərir".
A.Sarkisyan sonda "bizə müharibə lazım deyil, ancaq sülh" deyə fikirlərini yekunlaşdırıb.
Ermənistan prezidentinin bu fikirləri ölkənin hansı acınacaqlı durumda olduğunu göstərir. Ermənistanın bu duruma düşməsinin əsas səbəbi isə onun rəhbərlərinin apardığı işğalçılıq siyasəti, Azərbaycanın məqsədyönlü siyasi kursu və möhtəşəm qələbəsidir.
Telegram kanalımız