"Bu gün "Mistral" qısa mənzilli raketləri haqqında danışdıq".
Yenisabah.az xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastyan Lekornu İrəvanda Ermənistanın müdafiə naziri Suren Papikyanla birgə keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, həmin raketlərdən istifadə etmək üçün fərdi tərtibçi hazırlamaq çox asandır. pizza hut
“Artıq bu səviyyəli müdafiəni təklif etməyə imkan verəcək müzakirələr aparmışıq. İkinci səviyyəli mühafizə üçün orta mənzilli vasitələri təklif edəcəyik. Amma istehsal məsələsi də var. Tezliklə Ermənistana GM 200 radarlarının tədarükü başlanacaq, daha ciddi texnologiyalar da var, məsələn, "Thales" radarları.
Hər dəfə müdafiə silahlarından danışırıq. Hava hücumundan müdafiə sistemlərindən istifadə etməməyin yeganə yolu heç kimin heç kimə hücum etməməsini təmin etməkdir. Bu, əməkdaşlığımız üçün çox vacib sahədir. Prioritetimiz Ermənistana mülki vətəndaşların hücuma məruz qaldıqları təqdirdə onları müdafiəsinə kömək etməkdir.
Tezliklə yeni silahlar təklif etməyə imkan verəcək”, - deyə Lekornu vurğulayıb.
Telegram kanalımız