Ermənistan parlamenti iyunun 9-da növbədənkənar iclas keçirəcək. Hakim partiyanın çağırdığı iclasın gündəliyində iki məsələ var: “Ermənistan Respublikasının ərazi-inzibati quruluşu haqqında” və “Ərazi idarəetmə haqqında” qanunlara düzəliş".
Yenisabah.az xəbər verir ki, bu barədə politoloq Məhəmməd Əsədullazadə şərh edib.
"Ermənistan Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası prosesində anklav kəndlər Azərbaycana verməlidir. Dördpendirli pizza
Həmçinin Ermənistan konustitusiyasında Azərbaycana qarşı ərazi iddiaları əks olunub. Ermənistan hakimiyyəti ilkin olaraq qanunlara dəyişiklik edəcək. Qeyd edim ki, Ermənistan parlamentinin sədri və digər rəsmilər "Qarabağın Azərbaycan tərkibində olmamalıdır" açıqlama verməkdən çəkiniblər", - deyə politoloq qeyd edib.
M.Əsədullazadə Moskvada keçirilən son işçi qrupunun iclasında hər hansı bir irəliləyişin olmadığını vurğulayıb:
"Moskvada baş nazirlərin müavinləri səviyyəsində işçi qrupunun iclası keçirilib. Burada da hərhansı bir irəliləyiş əldə edilməyib. Brüssel görüşü yalniz ən ideal variant olaraq Baki və Yerevan arasında sülhün əldə edilməsi istiqamətində platforma olaraq qalır.
Prezident İlham Əliyevin bu istiqamətdə siyasəti uğurlu məntiqlə davam edir".
Telegram kanalımız