Ermənistan geri çəkilməsinin “səbəbini” açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan geri çəkilməsinin “səbəbini” açıqladı

Rəsmi

21 Oktyabr 2020 14:49 1589


Ermənistan hərbi müstəvidə məğlubiyyətini ən absurd iddialarla ört-basdır etməyə çalışır. 

Yenisabah.az xəbər verir ki, bu dəfə Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsrun Ovannisyan erməni döyüşçülərinin məğlubiyyətini özünəməxsus şəkildə pərdələməyə çalışıb. O bildirib ki, ilk gündən çox itki veriləcək yerləri tərk edəcəklərini bəyan ediblər. “İlk gündən elan etdik ki, ağır itkilər verəcəyimiz nöqtələri tutmayacağıq”, - deyə o bildirib. Halbuki, Ermənistan tərəfinin belə bir elanına heç kim rast gəlməyib. Əksinə, eskalasiya başlayandan Ermənistanın təbliğat maşını Azərbaycan Ordusunu darmadağın edilməsi, döyüş texnikasının məhv edilməsi, hətta Türkiyəyə məxsus F16 təyyarəsinin vurulması, erməni əsgərlərinin qələbələri barədə məlumatlar yayıb.

Həqiqət üzə çıxandan sonra isə məlum olur ki, belə bir elan varmış. Ovannisyan bu yalanla kifayətlənməyib başqa bir yalan da uydurub. O işğaldan azad edilən yerlər barədə danışarkən bunu taktiki geriçəkilmə kimi qiymətləndirib. pizza

“Müharibə zamanı bəzən geriçəkilmələr olur. Geri çəkilmə də manevr formasıdır; geriçəkilmə əks hücum, hücum və ya tələ qurmaq üçün qəsdən də edilə bilər”, - deyə o bildirib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!