“Ermənistan hakimiyyəti müharibəni yaxınlaşdırmaq üçün hər şeyi etdi” - Robert Koçaryan

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistan hakimiyyəti müharibəni yaxınlaşdırmaq üçün hər şeyi etdi” - Robert Koçaryan

Siyasət

05 Dekabr 2020 00:10 1829


“Əminəm ki, hakimiyyət müharibəni qaçılmaz etmək üçün hər şeyi edib”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş prezidenti Robert Koçaryan deyib. Bu barədə “Sputnik” Ermənistan məlumat yayıb.

“İlk növbədə danışıqlar prosesi dalana dirəndi və bu bilərəkdən edildi. Qarşılıqlı təzadlı bəyanatlarımızla həmsədrlərin erməni tərəfinin nə istədiyini bilmədikləri bir vəziyyət yaratdıq. Toyuqlu pizza

Ermənistanın çıxılmaz vəziyyət yaratmaq üçün hər şeyi etdiyinə dair təəssürat yarandı. Müharibə danışıqların Ermənistan tərəfindən pozulduğuna heç kimin şübhəsi qalmadığı vaxtda başladı”, - deyə R.Koçaryan bildirib.

Koçaryan sabiq müdafiə naziri David Tonoyanın "yeni ərazilər üçün yeni müharibə" açıqlamasını da tənqid edib:

"Nazirin bu çıxışı Azərbaycan üçün real təhlükə yaratdı. Belədə Türkiyə qısa müddətdə bu təhlükənin qarşısını almaq üçün Azərbaycanın müdafiəsinə keçdi".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!