Ermənistan hansı xəritələrə istinad edə bilər? -   Elman Məmmədov: “Masaya gələndə məlum olacaq ki...”

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan hansı xəritələrə istinad edə bilər? - Elman Məmmədov: “Masaya gələndə məlum olacaq ki...”

Siyasət

24 Sentyabr 2022 10:26 1478


“Paşinyan nə fikirləşir və bunu niyə deyir, özü bilər, ancaq Paşinyanın və onun kimilərin müxtəlif kürsülərdən səsləndirdiyi bəyanatların heç birisi bu günə qədər öz təsdiqini tapmayıb”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov deyib.

O, Ermənistanın Baş naziri Nikol Paşinyanın BMT kürsüsündə xəritələrlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib: Dördpendirli pizza

“Xəritə məsələsi barədə cənab Prezident Laçın səfərində danışıb. Deyib ki, bizdə bütün xəritələr var. XIX, XX əsr, habelə ondan əvvəl və sonrakı dövrlərin xəritələri də. Paşinyan və onun kimilərini narahat edən də budur, bu xəritələr masaya gələndə məlum olacaq ki, keçən əsrin – XX əsrin 20-ci illərinə qədər bu regionda Ermənistan adında bir dövlət olmayıb. Tarixi sənədlər, müqavilələr və müxtəlif sazişlərdə Ermənistanın adı yoxdur, onları təşvişə salan budur.

Ölkə başçısı bəyan edir ki, bu ərazilər tarixi torpaqlarımızdır. Bu sözlər faktlara, xəritələrə, mövcud sənədlərə əsaslanır. Həqiqət bundan ibarətdir ki, ermənilər bu ərazilərə köçürülmüş bir millətdir. Keçmiş DQMV-də yerləşən Mardakert (Ağdərə) rayonunun ərazisində “Marağa-150” abidəsi qoyulmuşdu. Bu abidə 1978-ci ildə ermənilər tərəfindən qoyulmuşdu, lakin 1988-ci ildə o abidəni dağıtdılar”.

E. Məmmədov əlavə edib: “Bu abidə onu göstərirdi ki, İranın Marağa şəhərindən 1828-ci ildə köçürülən ermənilərin Qarabağa gəlməsinin 150 illiyidir. Başqa yerlərdən köçürülən ermənilərin gəlmə tarixləri də var və bunlar hamısı tarixi sənədlərdir, arxivlərdə öz əksini tapıbdır. Erməniləri narahat edən təşvişə salan isə bu xəritələr və bu faktlardır. Yəni onların iddialarının hamısı boş xülyadır”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!