“Ermənistan hökuməti axmaqlıq edib” - Zatulin

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistan hökuməti axmaqlıq edib” - Zatulin

Siyasət

16 Dekabr 2022 01:57 1131


Ermənistana girişimə qadağa qoyulması ilə bağlı heç bir izahat almamışam.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin Ermənistan mətbuatına müsahibəsində deyib.

O qeyd edib ki, İrəvan tərəfindən qoyulan qadağanın tezliklə aradan qaldırılacağına dair şayiələr yayılıb. Dominos pizza

“Ermənistan hökuməti axmaqlıq edib və göstərib ki, onlar üçün Ermənistanın xaricdəki dəstəyindən daha çox partiya üstünlükləri önəmlidir. Onlar bunu başa düşdülər və indi özlərini qorumağa çalışırlar. Mənim günahı öz üzərimə götürməyim onların marağındadır və buna əsaslanaraq qadağanı aradan qaldırardılar. Üzr istəyəcək heç nəyim yoxdur. Mən uzun illərdir ki, Rusiya-Ermənistan münasibətlərini dəstəkləyirəm", - deyə Zatulin bildirib.

O vurğulayıb ki, Ermənistanda heç kimə borclu deyil.

Rusiyalı deputat, həmçinin xatırladıb ki, o, noyabrda Ermənistana səfər etməyib, çünki İrəvan hakimiyyəti onu arzuolunmaz şəxs elan edib./Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!