“Ermənistan iki stulda oturmağa çalışırdı“ - BMTM sədri

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistan iki stulda oturmağa çalışırdı“ - BMTM sədri

Siyasət

28 Dekabr 2022 12:30 620


"Ermənistanla Rusiya arasında strateji problemlər var".

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) rəhbəri Fərid Şəfiyev ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ermənistan elə bilirdi ki, Rusiya onun işğalçı siyasətini dəstəkləyəcək: Dominos pizza

"Ermənistan rəhbərliyi elə fon yaradırdı ki, guya Rusiyadan asılı deyil. Belə demək mümkünsə, Ermənistan iki stulda oturmağa çalışırdı".

O, Tovuz döyüşlərini Ermənistanın başlatdığını xatırladıb:

"Ermənistanın baş naziri Nikol Paşinyan həmin hadisələrin nəticəsində qələbə qazandıqlarını demişdi. Rusiya isə bu hadisələri pisləmişdi. Ermənistanla Rusiya arasında fundamental fikir ayrılıqları davam edəcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!