“Ermənistan ilkin mərhələdə 5 rayonu qaytarmalıdır“ - Alman deputat

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistan ilkin mərhələdə 5 rayonu qaytarmalıdır“ - Alman deputat

Siyasət

18 Sentyabr 2019 20:25 981


Almaniya parlamentinin deputatı Helin Evrim Sommer Paşinyanla bağlı sosial şəbəkədə paylaşım edib. 

"Yeni Sabah" "Oxu.az"a istinadən xəbər verir ki, deputat "Paşinyanın Qarabağ - Ermənistandır bəyanatı sülh prosesinə əngəl törədir. Madrid prinsiplərinə əsasən Qarabağın statusu sonuncu mərhələdə müəyyənləşməlidir”- deyə bildirib.

Almaniyalı deputat rəsmi Bakının dediyini deyir. Bu yaxınlarda ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında da danışıqlar masasında Madrid prinsiplərinin olduğu açıq şəkildə qeyd olunurdu. pizza mizza

Ermənistan vaxtilə Madrid prinsipləri ilə razılaşmalı olub. Bu həll yoluna əsasən münaqişə mərhələli şəkildə həllini tapmalıdır. İlk mərhələdə, işğal altındakı 5 rayon Azərbaycana qaytarılmalı, sonrakı mərhələlərdə 2 rayonun qaytarılması məsələsinə baxılmalıdır. 

Politoloqlar bildirir ki, Paşinyan hakimiyyətə gələndən sonra masa üzərində olan bütün razılaşmaları alt -üst edərək sülh prosesinə əngəl olur. Paşinyanın danışıqlar masasındakı razılaşmaları pozması, onun "Qarabağ Ermənistanındır və nöqtə” bəyanatları regionda sülh və humanizm dəyərlərinə zərbə vurur. Madrid prinsipləri ilə razılaşan Ermənistan bu gün bu qaydaları pozur.

Ermənistanın sülhü pozduğu təqdirdə rəsmi Bakı beynəlxalq hüquqa uyğun olaraq, beynəlxalq təşkilatların münaqişəyə dair qərar və qətnamələri əsasında BMT tərəfindən tanınan 86.6 min kv km-lik ərazisinin işğal altındakı hissəsini erməni silahlılarından təmizləyə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!