Ermənistan itkiləri açıqladı: İlkin rəqəmlər

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan itkiləri açıqladı: İlkin rəqəmlər

Siyasət

11 May 2023 09:13 12094


Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində sərhəddə baş verən qarşıdurma zamanı 3 hərbçisinin yaralanması barədə məlumat yayıb.

“Yeni Sabah” xəbər verir ki, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.

Azərbaycanın Müdafiə Nazirliyi bildirib ki, qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb. Pepperoni pizza

Təxribat törədilən istiqamətdə Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülüb.

Daha sonra Azərbaycanın Müdafiə Nazirliyi mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutduğunu açıqlayıb.

Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülür. 

"Hraparak" cəbhədə gərginliyin davam etdiyini yazıb. Qəzet erməni tərəfin itkilərinin artacağını istisna etməyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!