Ermənistan KTMT təlimlərini keçirməkdən imtina edib.
Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, müdafiə naziri artıq KTMT-nin birgə qərargahına məlumat verib ki, Ermənistan hazırkı vəziyyətdə təlimlərin keçirilməsini məqsədəuyğun hesab etmir: "Hər halda, təlimlər bu il baş tutmayacaq". Dördpendirli pizza
Bundan əvvəl KTMT-nin “Sarsılmaz qardaşlıq - 2023” təlimlərini Ermənistan Respublikası ərazisində keçirmək niyyəti barədə məlumat verilmişdi.
Telegram kanalımız