Ermənistan müxalifəti fəallaşır - Köçəryan deputatları başına yığdı

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan müxalifəti fəallaşır - Köçəryan deputatları başına yığdı

Siyasət

18 Noyabr 2023 13:33 510


Ermənistan parlamentinin müxalif “Hayastan” blokunun deputatları eks-prezident Robert Köçəryanın başçılığı ilə geniş tərkibdə iclas keçiriblər. 

Yenisabah.az xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti yazıb. 

İclasda “Hyastan” fraksiyasının taktikası ilə bağlı məsələlər müzakirə olunub.  pizza sifarişi

Məlumatı “Hayastan” fraksiyasının deputatı Aqnesa Xamoyan da təsdiqləyib. 

“Bəli, “Hayastan” fraksiyasının deputatları “Hayastan” alyansının rəhbəri, ikinci prezident Robert Köçəryanla görüşüblər. Burada təəccüblənəcək heç nə yoxdur, çünki belə görüşlər dövri xarakter daşıyır”. 

Xatırladaq ki, Robert Köçəryanın oğlu Levon Köçəryan noyabrın 6-da parlamentin deputatı mandatını alıb və artıq noyabrın 14-də and içərək səlahiyyətlərini rəsmən qəbul edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!