Ermənistan nə vaxta qədər sülhdən yayınacaq? -   “2 il vaxt qalıb”

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan nə vaxta qədər sülhdən yayınacaq? - “2 il vaxt qalıb”

Siyasət

02 İyun 2023 14:00 797


Kişineuda keçirilən Avropa Siyasi Birliyinin ikinci sammitində Avropa İttifaqı Şurası, Almaniya, Fransa, Ermənistan və Azərbaycanın liderlərinin beştərəfli görüşü keçirilib. Növbəti beştərəfli görüş oktyabrda İspaniyada olacaq. Bu isə o deməkdir ki, Almaniya, Fransa və Avropa İttifaqı münaqişənin oktyabra qədər həll olunacağına inanmır. Hazırda isə vaxt daha çox Ermənistanın xeyrinə işləyir.

Ermənistan nə vaxta qədər sülhdən yayınacaq?

Bir çox analitiklər deyir ki, Azərbaycan təkcə danışıqlarla kifayətlənməməli, o cümlədən Qarabağın dağlıq hissəsində vəziyyəti öz xeyrinə dəyişməlidir. Masadan kənarda fəaliyyətimiz nədən ibarət olmalıdır? pizza

Yenisabah.az-la söhbətində politoloq Zərdüşt Əlizadə bildirib ki, bu məsələ təkcə Ermənistandan asılı deyil, əksinə, Ermənistanın özü Rusiyadan xeyli asılıdır və Rusiyanın bölgədə öz istəkləri var.

Onun fikrincə, Ermənistan hər hansı bir hərəkət edəndə həm də Rusiya amilini nəzərə almalıdır:

“Əgər sülh müqaviləsinin imzalanması təkcə Ermənistandan asılı olsaydı, onda bunu çoxdan edərdii. 1990-cı illərdə Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan Riqaya nümayəndə heyətini göndərmişdi və deyirdi ki, gəlin, münaqişəni qurtaraq. Amma o zaman hakimiyyətdə olan Xalq Cəbhəsi rəhbərliyi bu təklifi rədd etdi.

Qısası, Rusiya çalışır ki, münaqişə vasitəsilə bölgəni əlində saxlasın və problem həll edilməsin. Belə bir şəraitdə daha fəal və sülhə yönəlmiş bir siyasət yürütməliyik. Siyasətimizdə isə daha çox “vuraram-yıxaram” var. Ermənistana gəldikdə, oradakı əhalinin bir hissəsi tamamilə "zəhərlənib", ağlını itirib və gerçəkliyi nəzərə almadan xülya ilə yaşayır ki, bu da vəziyyəti xeyli gərginləşdirir”.

Z. Əlizadə əmindir ki, hər belə bir görüşdə irəliyə doğru kiçik bir addım atılır:

“Buna görə də həmin addımları davam etdirib nə vaxtsa elə bir müsbət mərhələyə çıxmaq lazımdır. Bu gün bir irəliləyiş var. Xatırladım ki, o vaxtı Ermənistan Qarabağın Azərbaycana məxsus olduğunu tanımırdısa, indi artıq tanıyır. Yaxud işğal etdiyi 8 kəndi qaytarmaq istəmirdisə, indi bununla da razılaşıb. Yaxud əvvəl Zəngəzur yolunu açmaqdan imtina edirdisə, artıq bunu da qəbul edib.

Ələlxüsus, onu da nəzərdən qaçırmamalıyıq ki, sülh prosesinin zamanla müəyyənləşmiş bir hüdudu var. Yəni 2025-ci ilin may ayının 9-da Azərbaycan artıq aydınlaşdırmalıdır ki, o, Rusiya sülhməramlılarının bölgədə qalmasının, yoxsa getməsinin tərəfdarıdır? Bu zamana qədər də 2 il vaxt qalıb. Bu vaxt ərzində də Azərbaycan nələrisə müəyyənləşdirməlidir.

Azərbaycanın tətbiq edəcəyi tədbirlər çox genişdir. Qanunsuz hərbi birləşmələrə zərbə endirməkdən tutmuş, Qarabağın erməni əhalisi ilə danışıqların başlaması, yaxud hansısa güzəştlərin elan edilməsinə qədər bunların hamısı Azərbaycanın əlindədir. İndi hökumət hansı yolu xəritəsini seçəcəksə, onu da tətbiq edəcək”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!