Ermənistan niyə qarışdı? –   Putin erməni xalqını təhqir edib

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan niyə qarışdı? – Putin erməni xalqını təhqir edib

Dünya

20 May 2019 11:28 2061


Ermənistanda vəziyyət yenidən gərginləşib. Belə ki, Paşinyan keçmiş prezident Rovert Koçaryanın həbsdən azad edilməsinə etiraz olaraq vətəndaşlara müraciət edərək bütün məhkəmə binalarının giriş və çıxışını bağlamağa çağırmışdı. Bu gün səhərdən etirazçılar paytaxt İrəvanın küçələrinə çıxmağa başlayıblar. Onlar məhkəmə binalarını mühasirəyə alıb, giriş və çıxışı bağlayıblar. Yağışlı havaya baxmayaraq “Ədalətli məhkəmə adına!” şüarı altında aksiya keçirən vətəndaşlar Ermənistan Konstitusiya Məhkəməsinin binasını mühasirəyə alıblar.

Məsələ ilə bağlı politoloq Qabil Hüseynli “Yeni Sabah”a açıqlamasında deyib ki, Ermənistanda baş verənlər əslində erməni xalqının təhqir edilməsidir:

“Çünki Putinin 3 maddə ilə həbsə atılmış Robert Koçaryana  təbrik məktubu göndərməsi, daha sonra həbsxanaya onun yanına getməsi Paşinyanı da, Ermənistanı da təhqir deməkdir. Bu o deməkdir ki, Rusiya Ermənistanın müsətqilliyinə, suverenliyinə barmaqarası baxır və onun səlahiyyətlərini öz quberniyalarının birinin səlahiyyətlərindən də az hesab edir. İndi etirazçılar Ali Məhkəməni mühasirəyə alıblar. Amma bunlar Paşinyanın elektorat bazasına daxil olan adamlardır. Onlar sadəcə olaraq Koçaryanın yenidən həbsə qaytarılmasını tələb edirlər.  Pepperoni pizza

Hadisələrin hara doğru inkişaf edəcəyini söyləmək çətindir. Aydındır ki, əgər Koçaryan azadlığa buraxılıbsa, Sarkisyan da hadisələrə kənardan dəstək verirsə, bütün Qarabağ klanı ayaqüstədir və Ermənistanda ciddi qarşıdurma prosesi gedir. Bu proseslərə müqavimət göstərilməzsə, böyüyüb toqquşmalara gətirib çıxara bilər. 

Görünən odur ki, Ermənistanda antirus əhval-ruhiyyəsi sürətlə genişlənir. Putinin bu hərəkəti Ermənistanın heysiyyətinin tapdanması kimi qiymətləndirilir. Gələcək bundan daha koloritli hadisələrin meydana çıxacağına şəhadət verir”.

“Ermənistanda baş verənlər Qarabağ danışıqlarına təsir edə bilərmi” sualı Q.Hüseynli belə cavablandırıb:

“Onsuz da Dağlıq Qarabağ danışıqları formal xarakter daşıyırdı. Ermənistanda baş verənlər Qarabağ danışıqlarının pozulmasına da gətirib çıxara bilər. Amma baş verən hadisələr hələ Paşinyanın hərəkətlərini tam iflic vəziyyətə salmasına şərait yaratmır. Buna görə də Nyu-Yorkda nəzərdə tutulan görüşün baş tutacağını gözləmək mümkündür”.

Günay Rəsulqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!