Ermənistan növbəti dəfə Naxçıvandakı mövqelərimizi atəşə tutub   - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan növbəti dəfə Naxçıvandakı mövqelərimizi atəşə tutub - Rəsmi

Maraqlı

16 İyul 2021 13:56 1221


İyulun 16-sı saat 10:00 radələrindən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək-Arazdəyən istiqamətində atəşkəs rejimini pozaraq mövqelərdə təkmilləşdirmə işləri aparan mühəndis bölmələrimizin şəxsi heyətini və texnikasını müxtəlif çaplı silahlardan atəşə tutub.

Yenisabah.az xəbər verir ki, bu barədə Əlahiddə Ümumqoşun Ordudan məlumat verilib.

Bölmələrimizin şəxsi heyəti və texnikasında itki və zərərçəkən yoxdur. pizza

Düşmən cavab atəşi ilə susdurulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!