Ermənistan parlamenti Qarabağ adından imtina etdi  

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan parlamenti Qarabağ adından imtina etdi  

Siyasət

14 Sentyabr 2021 07:31 31015


Ermənistan parlamenti sentyabrın 13-də müxalif Hayastan fraksiyasının “xarici əlaqələr” komissiyasının adının dəyişdirilərək “xarici əlaqələr və Artsax (Qarabağ-red) məsələləri” üzrə komissiya edilməsi barədə təklifini qəbul etməyib.

“Yeni Sabah” xəbər verir ki, Milli Məclisdə mütləq çoxluğa malik hakim “Vətəndaş müqaviləsi” partiyası səsvermədə iştirak etməyib. Bundan bir neçə gün əvvəl dövlət-hüquq məsələləri daimi komissiyası bu təkliflə bağlı mənfi rəy vermişdi.

Həmin komissiyanın sədri Vladimir Vardanyan sentyabrın 13-də təkrarən bildirib ki, komissiyanın adının dəyişdirilməsi Ermənistan və Dağlıq Qarabağın qarşısında dayanan problemləri həll etmir: “Təklif olunan qərar layihəsinin bir hissəsi Ermənistan və Artsax (Qarabağ-red) parlamentləri arasında razılaşma əsasında yaradılmış bu komissiyanın səlahiyyətlərinə aid idi”. Pepperoni pizza

Keçmiş prezident Robert Koçaryanın Hayastan fraksiyasından millət vəkili Armen Rustamyan deyib ki, hakimiyyətin Qarabağdan ümumiyyətlə imtina etmək niyyətinin olmasına əsaslı şübhələr yaranıb: “2020-ci ildə Artsax (Qarabağ-red) Respublikasının yeni milli məclisinin seçilməsindən bəri bu komissiyanın çərçivəsində bircə iclas da çağırılmayıb, yəni bunun ardınca siz bu komissiyaların yaradılması ideyasını, ümumiyyətlə Artsax (Qarabağ-red) adını rədd edirsiniz və deyirsiniz ki, bu reallığa uyğun deyil”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!