Ermənistan prezidenti: “İstefa verə bilərəm, amma...“

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan prezidenti: “İstefa verə bilərəm, amma...“

Siyasət

06 Yanvar 2022 09:03 941


Ermənistan prezidenti Armen Sarkisyan bəyan edib ki, ölkədə yeni Konstitusiya qəbul olunarsa, istefa verə bilər. O, bu barədə “The Spectator world”a müsahibəsində deyib.

Nəşr qeyd edir ki, prezidentin dəstəklədiyi konstitusiya islahatları digər məsələlərlə yanaşı, erməni diasporu üçün “qapıların açılmasını” nəzərdə tutur. Həmçinin qeyd olunur ki, diaspordan istedadlı ermənilərin Ermənistana cəlb edilməsi bir sıra maneələrlə üzləşir. Nəşr yazır ki, Konstitusiya dəyişdirilərsə, yeni əsas qanun növbəti prezident seçildikdən sonra fəaliyyətə başlayacaq.

“Ermənistanın prezidenti olmaq mənim həyatımda ən böyük şərəfdir. Ancaq hörmət hiss etmək üçün bu vəzifəni tutmağa razı olmadım. Mən Ermənistana xidmət etməyə gəlmişəm. Əgər biz yeni Konstitusiya qəbul etsək, onun icrasına və ölkənin tərəqqisinə hansısa şəkildə mane ola bilsə, mən bu vəzifədə bir saniyə belə qalmayacağam”, - deyə prezident bildirib. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!