"Ermənistan Qarabağa müddətdən artıq hərbiçilər göndərirsə, Azərbaycan hərbi cavab verməlidir. Ermənistan Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət etdiyi əraziyə müddətdən artıq hərbiçi göndərməklə ilk növbədə əldə olunan razılaşmaları pozur. Bundan əlavə, Rusiya sülhməramlı burada üzərinə götürdüyü öhdəlikləri pozur".
Yenisabah.az xəbər verir ki, bu barədə politoloq Məhəmməd Əsədullazadə qeyd edib.
Politoloq qeyd edib ki, Azərbaycan ərazisindən Ermənistan hərbiçilərini çıxarmaq əvəzinə, Yerevan tərəfindən göndərilən hərbiçilərə şərait yaradır: Dominos pizza
"İlk növbədə bununla bağlı Rusiya tərəfinə kəskin etiraz bildirilməli və əgər, belə davam edəcəksə Azərbaycan yeni Laçın yolunda post qoyacağını mesajını verməlidir. Bu çox ciddi məsələdir və Azərbaycanın təhlükəsizliyini pozur".
"Həmçinin Rusiya tərəfindən Azərbaycanın ərazi bütövlüyü şübhə altına alınır. Azərbaycan Ermənistan tərəfindən göndərilən hərbiçilərin dərhal çıxarılmasını tələb etməlidir. Ermənistan bunu Rusiya tərəfinin təlimatları ilə edir. Göründüyü kimi Qarabağda yaşayan ermənilər o qədər azdır ki, onları burada silahlı birləşməyə cəlb etməyə gənclər tapmırlar.
Əgər, Rusiya və Ermənistan tərəfi bunu edirsə, Azərbaycanın təhlükəsizliyini, suverenliyini pozursa demək Azərbaycanin qəti və kəskin addımlar atması təməl hüququdur", - deyə M.Əsədullazadə bildirib.
Telegram kanalımız