“Ermənistan Qərbin əmri ilə Roma Statusuna qoşulub” - Abovyan

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistan Qərbin əmri ilə Roma Statusuna qoşulub” - Abovyan

Siyasət

30 Mart 2023 03:37 950


“Rusiya prezidenti Vladimir Putinin Ermənistan Respublikası ərazisində mümkün həbsi barədə söylənilənlər əslində Moskva ilə münasibətlərimizə ciddi xələl gətirə biləcək yönəldilmiş prosesdir”.

Yenisabah.az xəbər verir ki, bu fikirləri erməni politoloq Arman Abovyan deyib.

O bildirib ki, Ermənistan Qərbin əmri ilə Roma Statutuna qoşulub. Toyuqlu pizza

“Hakimiyyət vəziyyəti mümkün qədər pisləşdirir, təkəbbürlü çıxışlar edir və bütün bunların nəticələrini erməni xalqı çəkir. Əminəm ki, bizim strateji müttəfiqimizlə münasibətlərdə müəyyən problemlər var. Lakin onların həll variantları da mövcuddur: ya oturub danışın, ya da qlobal oyunçuların əlaltılarına çevrilin. Hakimiyyət ikinci variantı seçdi”, – deyə erməni politoloq əlavə edib./Konkret.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!