Ermənistan rəsmiləri artıq Xankəndidəki separatçı məmurların zənglərinə cavab vermir...

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan rəsmiləri artıq Xankəndidəki separatçı məmurların zənglərinə cavab vermir...

Siyasət

02 İyul 2023 17:55 2143


Artıq 3 ildir ki, Qarabağdakı separatçı-terrorçu rejimin mənsublarıyla Ermənistan rəsmiləri arasında heç bir münasibət yoxdur. “Bu, yenilik deyil”. 

Yenisabah.az xəbər verir ki, “@reartsakh” teleqram-kanalının yazdığına görə, bu haqda Xankəndidəki  qanunsuz “qanunverici orqan”ın “ədalət” fraksiyasının üzvü Metaxe Akopyan Ermənistandakı rəsmilərin “artsax”lı həmkarlarının zənglərinə belə, cavab verməməsi barədə məlumatı şərh edərkən danışıb.

“Bir ay əvvəl biz bu sualı Qarabağın milli assambleyasında vermişdik, dövlət naziri dedi ki, onlarla heç bir məsələ müzakirə olunmayıb, heç bir əlaqə yoxdur, xarici işlər nazirinin müavini də, Milli Məclisin sədri də bunu təsdiqləyib” -xəbərin ardında belə deyilir.  Pepperoni pizza

Məlumatda bildirilir ki, son 200 günlük “blokada” dövründə də Xankəndidəki qondarma “parlament”lə Ermənistan rəsmiləri arasında heç bir münasibət olmayıb. Qeyd edilir ki,  Ermənistan parlamentinin sədri Alen Simonyan heç olmasa bir dəfə zəng edib işlərin necə getdiyini soruşmağı da lazım bilməyib. Yəni parlamentlər arasında münasibət necədirsə, digər dövlət orqanlarının da münasibəti elədir. Keçmiş “nazir”lərdən biri də deyib ki, Ermənistan Xarici İşlər Naziri  onun zənglərinə cavab vermir. O hətta elektron poçta da yazmalı olub, bu da cavabsız qalıb... 

Xəbərdə xatırladılır ki, bir gün əvvəl “Hetq” nəşrinin baş redaktoru Edik Baqdasaryan öz "Facebook" səhifəsində yazıb ki, Ermənistan rəsmiləri artıq Xankəndidəki separatçı rejimdəki həmkarlarının zənglərinə cavab vermirlər.../Moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!